Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mənə nə Damla, nə də Türkan lazımıydı” - Pərviz Bülbülə

Əcəb edirəm oxuyuram


 ARB Ulduz-un "Virtual həyat" verilişinin qonağı olan tanınmış meyxanaçı Pərviz Bülbülə maraqlı açıqlamalar verib.

Pərvizin ilk sözündən belə aydın oldu ki, duet ortağı məsələsində o qədər də maraqlı deyil:

"Oxuduqlarım özümə lazım deyil, özümə lazım olsa, heç kimlə duet oxumaram. Mənə nə Damla, nə Türkan lazımıydı, nə də hansısa meyxana deyən ki, onlarla duet oxuyum. Yazdıqlarım mənə lazım deyil. Mən onların qara qaşına, qara gözünə aşiq olmamışam. Camaata lazımdır ifalar. Allah hamının işinini avand eləsin. Kimin niyyəti haradırsa, mənzili də ora olsun".

Bəziləri düşünür ki, Türkan qəza keçirdikdən sonra meyxanaçı xəstəxanaya onu ziyarətə getməyib:

"Türkanın qəzadan sonra yanına getməmək mümkün olan şey deyil ifadəsi ilə tam razı deyiləm. Bu, vacibat deyil. Bu, elə böyük mövzu deyil. Amma normal münasibətə qayıdanda, əlbəttə, getmək lazımdır. Bilirsiz nəyə öyrəşmişik, əsas məsələ qalır kənarda, tapıntı qalır kənarda, həmin tapıntıya baxıb şirinliyi duymaq yerinə, gör gedib haralara çıxırıq. Filankəs deyir oxu, oxuyuram, filankəs deyir, meyxana de, deyirəm. Allah ikisinin də canını sağ eləsin. İkisi də ruzi verir, mən də aparıram övladım üçün. Hamının dərdi, səri qalıb bir kənarda. Düşüblər ortalığa kimi Pərviz oxuyur ey. Əcəb edirəm oxuyuram. Mən hansı səviyyəsizliyi edirəm? Mən ailə məclislərində oluram. O qədər səviyyəsizlik, düşüklük edərəmmi ki, camaat məni ailəsinin olduğu məclisə çağırsın. Bunu bilirsiz kim deyə bilər ki, ay Pərviz elə, Pərviz belə, ancaq adamın əlindən hirsli olan və adama qarşı pis fikri olan deyə bilər. Başqa heç kəs deyə bilməz".

Pərviz Bülbülə ilə olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz. (milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

DİN-dən xaricə getmək istəyən şəxslərə xəbərdarlıq 

Ən çox oxunanalar