Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Chrome”da yeni boşluq tapılıb


İsrailli proqramçı Ran Bar-Zik tərəfindən "Google Chrome" brauzerində aşkar edilmiş boşluq veb-saytlara video və audionu gizli yazmağa imkan verir


Problem göründüyü kimi ciddi deyil, çünki saytların audio və videoya girişi üçün istifadəçinin icazəsi lazımdır, ancaq hakerlər istifadəçidən xəbərsiz video və audiokontenti yaza bilərlər.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Bar-Zik "WebRTC" internet protokolundan istifadə edən saytla iş prosesində sözügedən boşluğu aşkar edib. Bu texnologiya axınlı məlumatların brauzerlər arasında nöqtə-nöqtə texnologiyası üzrə ötürülməsinin təşkili üçün nəzərdə tutulub. Audio və videokontentin ötürülməsi üçün istifadəçi sayta müvafiq komponentlərə giriş üçün icazə verməlidir. İcazə aldıqdan sonra sayt tərəfindən işə salınan "JavaScript" kodu audio və videonu yazır. Tədqiqatçı aşkar edib ki, kod yalnız icazə verilmiş orijinal vərəqdə deyil, həm də köməkçi pəncərədə işə salına bilər. Bir qayda olaraq, "Chrome" audio və videonun yazılması zamanı qırmızı nöqtədən ibarət dairə şəklində ikonka göstərir, ancaq köməkçi pəncərədə bu ikonka göstərilmir.
 
Ekspert "Google" şirkətini problem haqda xəbərdar edib, ancaq internet şirkətindən bildiriblər ki, bu boşluq deyil.
 
Lakin Bar-Zik internet nəhənginin fikri ilə razı deyil. Onun sözlərinə görə, istifadəçilərin əksəriyyəti bilmədən sayta audio və video yazmağa icazə verirlər. Bu zaman isə hakerlər daha mürəkkəb hücumlar həyata keçirə bilərlər.

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Ən çox oxunanalar