Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saxta diplom alverçisi olan rektor deputat olmaq arzusuna çata biləcəkmi?

İlham Rəhimovun adamı olan nurçu rektor, saxta diplom qalmaqalı və küçəyə atılan dost...


Nazim Hüseynli hansı səbəbdən uşaqlıq dostunun üstünə reket yollayaraq onu öldürməklə hədələyib?

104 saylı Gədəbəy-Tovuz dairəsindən namizədliyini irəli sürən Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynli ilə bağlı redaksiymıza sensasion məlumatlar daxil olub. AzMedia.info-nu məlumatlandıran mənbəninin bildirdiiynə görə YAP üzvü və rektor olmasına baxmayraq seçkilərə qatılan Nazim Hüseynlinin çox qaranlıq keçmişi var. Belə ki, mənbəninin bildirdiyinə görə keçmiş Təhsil naziri Misir Mərdanovun zamanıda baş verən saxta diplom alverinin böyük bir hissəsində məhz Nazim Hüseynli əsas fiqurlardan və diplom dəllallarından bir kimi çıxış edib.

Bu barədə saytımızı məlumatlandıran mənbə bildirir ki, 1994-1999-cu illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, hazırda isə  Bakı Dövlət Universitetinin "Sosiologiya" kafedrasının müdiri vəzifəsində çalış an İzzət Rüstəmovun bacısı oğlu olan Nazim Hüseynov bir çox uğurlarına, həmçinin Bakı Avrasiya Universitetinə görə məhz dayısına minnətdar olmalıdı. Lakin bir müddət sonra Nazim Hüseynli əlaqələrini genişləndirdikdən sonra ona yol açan dayısına arxasını çevirib və hazırda Azərbaycanın tanınmış elm xadimlərindən biri olan İzzət Rüstəmova salam belə vermir. 

Bunun əsas səbəbi ilə bağlı danışmaq istəmədiyini bildirən mənbənin sözlərinə görə Nazim Hüseynli minlərlə tələbəninin köçürülməsində, həmçinin minlərlə insanın saxta diplom almasında birbaşa iştirak edib. Bu işdə onun əsas köməkçisi isə uşaqlı və həmçinin tələbə dostu olan, hazırda Memaralıq və İnşaat Universitetində baş müəllim olaraq çalışan Fəryad Kazımovun əli həyata keçirib. Belə ki, Nazim Hüseynlinin «müştərilərini» məhz Fəryad Kazımov tapıb və uzun illər boyu bu ikili özəl və xarici universitetlərdən testdənkənar qəbul edilən minlərlə insanı dövlət universitetlərinə köçürüblər. Bu işdə onların əsas yardımçılarından biri də Misir Mərdanovun zamanında Təhsil Nazirliynin əsas fiqurlarından biri olan İlham Pirməmmədov olub.

Mənbə bildirir ki, Misir Mərdanovun Təhsil naziri vəzifəsindən bir il əvvəl saxta diplom işləri çox şişdiyindən nazir saxta diplomların satılmasına qadağa qoyur. Bundan sonra isə Fəryad Kazımov Nazim Hüseynlidən pul aldıqları, lakin  diplom vermədikləri insanların pullarının geri qaytarılmasını tələb edir. Nazim Hüseynli öz növbəsində pulların artıq İlham Pirməmmədova verildiyini və geri qaytarmğın imkansız olducunu söyləyir. İki dost arasında mübahisə sonradan münaqişəyə çevrilir və Fəryad Kazımovun ondan əl çəkmədiyini görən Nazim Hüseynli uşaqlıq dostunun üstünə reket yollayıb onu ölümlə hədələyir. Həbs olunacağından qorxan Fəryad Kazımov isə evini sataraq pulları geri qaytarır. Mənbə qeyd edir ki, hazırda Fəryad Kazımov ağır şəraitdə kirayədə yaşayır. Buna baxmayaraq, Nazim Hüseynli dostuna arxa çevirməkdə davam edir və hətta xəstə dostunu yenə də həbslə hədələyir. 

Mənbə bildirir ki, hazırda Nazim Hüseynli Putinin dostu kimi tanınan İlham Rəhimovun ətrafında fırlanır. Elə İlham Rəhimovun köməyi ilə də deputat olmağa çalışır. Mənbə onu da qeyd edir ki, o əmindir ki, Nazim Hüseynli İlham Rəhimova da vaxtı gələndə arxa çevirəcək. Çünki Nazim Hüseynli indiyə qədər müxalifətdən tutmuş nurçulara qədər hər kəslə iş birliyi içində olub,sonradan isə onlara arxa çevirib. Mənbə qeyd edir ki, İlham Rəhimovla Nazim Hüseynlinin münasibələrinin qurulmasında milyarderin yaxın adamı olan Xanoğlan və Azad əsas rol oynayıblar. Buna görə isə uzun müddət lham Rəhimovun atasının qulluğunda duran və İlham Rəhimova çox yaxın olan Bəhruz Əfruzoğlunu vurub sıradan çıxarıblar.

Nazim Hüseynlinin hazırda əsas məqsədinin İlham Rəhimov vasitəsi ilə deputatolmaq olduğu bildirilir. Qeyd olunur ki,  Nazim Hüseynli 1995-ci ildən mandat əldə etməyə can atır. Amma karyerasında dərin iz buraxan "siyasi müxalifətçilik" onu hakimiyyətin etimad gəstərəcəyi şəxslərin siyahısından çıxarıb. Bundan başqa onun adı "nurçu" qalmaqalının məşhur simaları ilə işbirliyində də hallanır. Belə ki, o, hakimiyyətin "qara siyahısında" olan deputat Rəbiyyət Aslanova ilə işgüzar münasibətləri olub. Rəbiyyət Aslanova vaxtı ilə onun kollecində müəllim işləyib, oğlu Elnur Aslanov da Ali Diplomatiya Kollecində bir müddət təhsil alıb. Eyni zamanda "nurçular"ın hazırlıq kursu uzun müddət rektorun kollecinndə, onun himayəsi altında olub. 

Yeyib-içməyə həddən artıq meyilli olan Nazim Hüseynli ətrafındakı gədəbəylilərə seçkidə yaxşı pul xərcləyəcəyini, qonaqlıqlar verəcəyini bildirib. bilən ətrafı onu kampaniyaya həvəsləndiriblər. Amma onun hansı keyfiyyətləri seçicilərin etimadını qazanacağı sual doğurur. Çünki bu seçki dairəsində onun bir neçə qohumundan başqa heç bir resursu yoxdur. Əhali onu tanımır, heç özü də camaatın xeyirində-şərində iştirak etməyib. 

Qeyd edək ki, Nazim Hüseynlinin komandasına Gədəbəyin müxtəlif bulaqlarında kefdə-damaqda olmaqla, həmçinin rayonun restoranlarından "qoyun vergisi" yığan kimi tanınan, adı müxtəlif rüşvət olaylarında, sahibkarlarla məhkəmələrdə hallanan icra başçısının keçmiş müavini Rüstəm Nağıyev başçılıq edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar