Bazar ertəsi, 29 May 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nəsimi bazarı” tarixə qovuşdu? - İcra Hakimiyyətindən açıqlama

Bazarın yerində nə tikilir?...

BAKU. WS saytında “Nəsimi bazarı” tarixə qovuşdu - Bazarın yerində nə tikilir? başlıqlı yazı ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi layihələri çərçivəsində Nəsimi rayonu, F.Qasımzadə, M.Qaşqay, Ak.M.Mirqasımov küçələrinin və Azadlıq prospektinin əhatə etdiyi məhəllədə yeni yaşayış binalarının tikintisi “Avrasiya Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir.

Şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış və qeyri-yaşayış sahələrindən sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədər həmin sakinlərə istifadələrində (mülkiyyətində) olan sahədən 15-30% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək yaşayış binasında təmirli abad yaşayış sahələrinin (mənzilərin) verilməsi və digər xidmətlərin göstərilməsi öhdəliyi Rayon İcra Hakimiyyəti tərəfindən MMC-nin üzərinə qoyulmuşdur.

Həmçinin, sözügedən ərazidə yerləşən qeyri-yaşayış sahələrində, o cümlədən “Nəsimi bazarı” ATSC-ə məxsus ərazidə əhaliyə göstərilən xidmətlərin daha yüksək səviyyədə təşkili üçün tərəflər arasında (“Avrasiya Construction” MMC və “Nəsimi bazarı” ATSC) qarşılıqlı razılaşma əsasında işlərin aparılması nəzərdə tutulur.

Əlavə olaraq qeyd edirik ki, “Nəsimi bazarı” ATSC-nin nümayəndəsinin məlumatına əsasən bildiririk ki, ATSC-nin bazarın içərisində icarəyə verdiyi piştaxtalar hazırda günün tələblərinə cavab vermədiyi üçün yenidənqurulması məqsədilə səhmdar cəmiyyət tərəfindən sökülür.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə prezident seçkilərində Ərdoğan 52,11% səslə öndədir - Yenilənib

Türkiyədə prezident seçkilərinin II turunda səsvermə başa çatıb - Yenilənib

Türkiyə YSK: Seçki qutularının 99.99 faizi açılıb, Ərdoğan qalib gəlib

Bakıdakı Türkiyə səfirliyinin qarşısında Ərdoğanın qələbəsi qeyd edilir - Video

Sinan Oğan: Uduzan terrora bağlı olanlar və onlara güvənənlər oldu...

Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub yazıb

Prezident bir müddət əvvəl yolu azaraq Ermənistan ərazisinə keçən hərbçilərimizdən danışıb

Türkiyədə prezident seçkilərində seçici fəallığı məlum olub

"Qaçqınkom" Laçın şəhərinə qayıdışın başlaması ilə bağlı məlumat yayıb

Ən çox oxunanalar