Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirliyin 74 milyonluq tenderini eyni şirkət uddu - İnək, qoyun, keçi alacaq...  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması məqsədilə keçirdiyi tender müsabiqəsinin qalibi “Agro Best” QSC (VÖEN – 1405235391) olub. Məşğulluq Xidməti qeyd olunan mallarının alınması üçün qalib şirkətə 73 milyon 574 min 800 manat vəsait ödəyəcək.

Məlumat üçün bildirək ki, “Agro Best” QSC 20.08.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə, ev 1, m. 48” olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi isə Ələkbərov Nahid Kamil oğludur.

Qeyd edək ki, “Agro Best” QSC əvvəllər də Dövlət Məşğulluq Agentliyinin keçirdiyi və dəyəri milyonlarla manat olan analoji tender müsabiqələrində qalib olub.

Maraqlıdır ki, dövlət qeydiyyatından keçdikdən qısa müddət sonra milyonlarla dəyəri olan tenderlərin qalibi olan “Agro Best” QSC-nin nəinki veb-saytı, hətta sosial şəbəkə hesabları belə yoxdur.

Poliqon.info


Etiket: tender


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar