Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlikdə “Qarınqulu”ya ayrılan yüz minləri kimlər yeyir?

Nicat Manafov müqavilənin ləğvi tələbinin yerin yetirilməsi ilə bağlı məhkəməyə müraciət edib...

Mədəniyyət Nazirliyinin layihəsi olan “Qarınqulu” animasiyası ilə bağlı qalmaqal davam edir.

Qaynarinfo xatırladır ki, maliyyə dəyəri 458 568 AZN təşkil edən layihə tender keçirilmədən Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən “Salnaməfilm” studiyasına verilmişdi. Azərbaycanda animasiya filmlərinin istehsalçısı olan “NME” MMC-nin direktoru Nicat Manafov bu qanunsuzluğu ictimailəşdirdikdən sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarəti Xidməti məsələyə müdaxilə etmişdi. Xidmətin Mədəniyyət Nazirliyinə göndərdiyi məktubda “Salnaməfilm” studiyası ilə müqavilənin ləğv edilməsini və “Dövlət Satınalmaları haqqında” Qanuna müvqafiq olaraq bütün podratçılara bərabər rəqabət mühitini təmin etməklə tender keçirilməsini tələb etmişdi.

İndi məlum olur ki, Xidmətin tələbi yerinə yetirilmir. “Qarınqulu” ilə bağlı “Salnaməfilm”ə maliyyə ayrılması davam edir.

Əldə etdiyimiz məlumata görə, Nicat Manafov müqavilənin ləğvi tələbinin yerin yetirilməsi ilə bağlı məhkəməyə müraciət edib. Nicat Manafov məlumatı saytımıza təsdiqləyib. O, bildirib ki, Bakı İnzibati Məhkəməsində Mədəniyyət Nazirliyi barəsində iddia qaldırıb. Üçüncü tərəf kimi isə Maliyyə Nazirliyini göstərib:

“Antihisar və İstehlak Bazarına Dövlət Nəzarəti Xidmətinin müqavilənin ləğvi ilə bağlı tələbi yerinə yetirməlidir. Çünki açıq-aşkar qanun pozuntusu baş verib və dövlət qurumu da haqlı olaraq, qanuna istinad edərək müqavilənin ləğv olunmasını tələb edib. Amma bu tələbə əməl olunmur. Mədəniyyət Nazirliyinin yalnız bir cavabı var: “İş gedir”. Nə üzərində iş gedir bəlli deyil”.

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar