Bazar, 26 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlik Musa Qasımlıya cavab verdi

Elm və Təhsil Nazirliyi Milli Məclisin deputatı Musa Qasımlının Yardımlı rayonu Solqard ibtidai məktəb barədə fikirlərinə münasibət bildirib.

Poliqon.info xəbər verir ki, nazirliyin açıqlamasında deyilir:

“Təəssüf edirik ki, deputat Musa Qasımlı məktəb barədə qeyri-düzgün və dəqiqləşdirilməmiş məlumatlara istinad edərək yanlış təəssürat yaradıb.

Bildiririk ki, sözügedən məktəb 1998-ci ildən fəaliyyətə başlayıb və 2014-cü ildə yerli icra hakimiyyətinin sifarişi ilə podratçı təşkilat "Reyhan MMC" tərəfindən yenidən inşa edilib. 80 şagird yerlik məktəbdə 14 sinif otağı mövcuddur. Məktəbin fəaliyyət göstərdiyi illərdə burada illər üzrə 4- 5 şagird təhsil alıb.

Məktəbdə şagird olmadığı üçün ötən tədris ilində fəaliyyətini müvəqqəti dayandırıb”.

Musa Qasımlı bu gün parlamentin iclasında bildirib ki, bir neçə il əvvəl Yardımlının Solqard kəndində müasir bir məktəb binası tikilib, 2022-2023-cü ildə isə məktəb bağlandı.

"Bu, onu göstərir ki, Elm və Təhsil Nazirliyində planlaşdırma, proqnozlaşdırma sıfır səviyyəsindədir. Dövlətin vəsaiti havaya sovruldu, məktəb bağlandı. Bunu edənlər dövlətin, hökumətin qarşısında cavab verməlidir”, - deputat qeyd edib.

Poliqon.info


Etiket: Musa Qasımlı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Limonu 4 yerə bölüb otağınıza qoyun: Həyatınızı xilas edəcək

Yevgeni Fyodorov-"Vəziyyəti qızışdıran İrəvan deyil"

Bu dəfə dəfn mərasiminə gedən müğənnilərə söz atdı

Azərbaycanın neçə Milli Qəhrəmanı var, kimlər sağdır? - Siyahı

Onlar varlanmaq üçün doğulub - Ən zəngin 6 bürc

Türkiyə millisi İrəvanda Ermənistana qalib gəldi - Video

Bakıyadək 50-60 dəfə qaydanı pozdu, öz qolunu dişlədi

Xankəndidə aktivlik artdı: yeni mübarizə başlayır?

Özcan Dənizin döyülmə anının kadrları yayıldı - Video

Ermənistanda azarkeşlər Türkiyənin himnini fitə basıb

Vüqar Qurbanovdan generalın qardaşının yerinə təyinat

Ən çox oxunanalar