Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir müavini Azərbaycanda inflyasiyanın əsas səbəblərini açıqlayıb

“Proqnozlarla bağlı bizə tutulan iradları müəyyən mənada qəbul edirəm. Amma Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun verdiyi proqnozların da heç biri özünü doğrultmur. O cümlədən ölkələr üzrə...”

Poliqon.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.

Nazir müavini bildirib ki, keçən il baş verən müharibələr reallığı heç bir səviyyədə proqnozlaşdırmağın mümkün olmadığını deməyə əsas verir.

Elnur Əliyev inflyasiya ilə bağlı məsələyə də aydınlıq gətirib: “İnflyasiya ilə bağlı dinləmə keçirilməsi fikrini qəbul edirəm. Ərzaq məhsullarında inflyasiyaya səbəb odur ki, bizim bu sahədə əsas tərəfdaşlarımız RusiyaQazaxıstandır. Həmin bazarda hazırda məhdudiyyət və qadağalar var. Türkiyədən Azərbaycana idxalın strukturu əczaçılıq məhsulları, maşınqayırma məhsulları və s.-dir. Türkiyədə ötən il inflyasiya 70%-dən çox olub, bu da bizə gələn məhsulların qiymətinin artmasına səbəb olur. Ötən il tikinti, turizm və nəqliyyat-daşımacılıq sektorundan böyük artımlar var və bu sahədə vergi daxilolması çox olub”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar