Çərşənbə, 27 Sentyabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir keçmiş rəislər üçün əlavə ştat açıb: Sabiqlər necə və niyə müşavirə çevriliblər?

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev təqaüdə çıxmağa yaxın olan sabiq rəislər üçün Dövlət Sosial Müdafiə Fondunda əlavə ştatlar açdırıb...

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bir müddət əvvəl nazirin müvafiq əmri ilə DSMF-nin Regionlarla İş üzrə Mərkəzi Filialı yaradılıb. DSMF İdarə Heyətinin sədri Himalay Məmişovun uzun illər köməkçisi olmuş Maqsud Həsənov isə bu Mərkəzə rəis təyin edilib.

Regionlarla İş üzrə Mərkəzi Filialın direktor müavini vəzifəsinə isə DSMF-nin ləğv edilən Xəzər Rayon Şöbəsinin sabiq müdiri Kələntərli Elgüc Asif oğlu gətirilib.

Ləğv edilən Sosial Müdafiə Mərkəzinin müdiri İbrahimov Çapay Bayram oğlu Regionlarla İş üzrə Mərkəzi Filialın direktorunun müşaviri təyin edilib.

DSMF-nin ləğv edilən Nərimanov Rayon Şöbəsinin sabiq müdiri Vəliyev Məzahir Abdulkərim oğlu Regionlarla İş üzrə Mərkəzi Filialın direktorunun müşaviri təyin olunub.

DSMF-nin ləğv edilən 2 saylı Xidmət Nümayəndəliyinin (Xətai rayonu) direktor müavini olmuş Möhbalıyeva Yeganə Suliddin qızı Regionlarla İş üzrə Mərkəzi Filialı direktorunun müşaviri təyin edilib. Yeganə Möhbalıyeva Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin bacısıdır.

DSMF-nin ləğv edilən 2 saylı Xidmət Nümayəndəliyinin (Xətai rayonu) direktor müavini olmuş Novruzov Məhərrəm Dünyamalı oğlu da Regionlarla İş üzrə Mərkəzi Filialın direktorunun müşaviri təyin edolib. Məhərrəm Novruzov millət vəkili Siyavuş Novruzovun qardaşıdır.

Göründüyü kimi sanki Mərkəzi Filial sabiq rəislərin və məmurların kütləvi təyinatı üçün yaradılıb. Bunun səbəb və məqsədləri isə bir çox suallar doğurur.

Qeyd edək ki, təkcə 2023-cü il üçün dövlət büdcəsində DSMF-nin gəlirləri 6, 27 milyard manat təsdiq edilib. Ümumilildə isə sosial müdafiə və sosial təminat üzrə büdcə 10 milyard manatdan atıqdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndi yaxınlığındakı partlayışda 20 nəfər ölüb, 290 nəfər yaralanıb- Yenilənib, Video

Qarabağı tərk edən erməninin “dostum” dediyi məşhur azərbaycanlı danışdı

FHN: Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsindəki yanğın söndürülüb - Foto, Yenilənib

ABŞ rəsmisi Azərbaycanı təhdid etdi... - Vaşinqtondan gələn təhdid özünü necə göstərə bilər?

Azərbaycanda dəhşət: Ər-arvad benzin töküb özlərini yandırdılar

Mərkəzi Klinika: "Qənirə Paşayevanın vəziyyəti ağır olaraq qalır"- Yenilənib

ABŞ Qarabağa beynəlxalq missiya göndərmək istəyir... - Məqsəd nədir?

Gənc fəal erməni qızların Azərbaycanla bağlı etirafları - Video

Mehriban Əliyevanın tapşırığı ilə Qənirə Paşayevanın səhhəti üzrə daha bir konsilium olub

Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib və yeni marşrutu açıqlayıb

Ərdoğan: “Əgər İrəvan məsələyə razılıq verməsə, yol İrandan keçəcək”

Xocavənddə erməni terrorçu Monte Melkonyanın abidəsi sökülüb - Foto

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay