Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO Baş katibi Ukraynanın Kursk vilayətindəki əməliyyatını qanuni adlandırıb

NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində keçirdiyi əməliyyatın qanuni olduğunu və Ukraynanın beynəlxalq hüquq normalarına uyğun olaraq özünümüdafiə hüququna malik olduğunu bildirib...

“Report” xəbər verir ki, bu barədə o Almaniyanın “Welt am Sonntag” həftəlik nəşrinə müsahibəsində deyib.

“Ukraynanın Rusiyanın Kursk vilayətinə daxil olması qanunidir və Kiyevin özünümüdafiə hüququnun tərkib hissəsidir. Ukraynanın özünümüdafiə hüququ var və beynəlxalq hüquqa görə, bu hüquq sərhəddə bitmir”, - o söyləyib.

Y.Stoltenberq NATO-nun Ukraynanın planları barədə əvvəlcədən məlumatlı olmadığını və bu planlarda heç bir rol oynamadığını xüsusi qeyd edib.

NATO Baş katibi vurğulayıb ki, Ukrayna Rusiya ərazisinə hücuma görə risk altındadır, lakin Kiyev hərbi kampaniyasını necə aparacağına qərar verməlidir.

Prezident Zelenski açıq şəkildə bildirib ki, əməliyyat Rusiyanın sərhədi keçərək növbəti hücumlarının qarşısını almaq üçün bufer zona yaratmaq məqsədi daşıyır. Bütün hərbi əməliyyatlar kimi, bunun da riskləri var. Lakin Ukrayna özünü necə müdafiə edəcəyinə özü qərar verir”, - o deyib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Ən çox oxunanalar