Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mütəxəssislərimiz sülhməramlılarla müzakirə üçün Xocalıda: Təkliflər qəbul olundu - Yenilənib + Foto/Video

Azərbaycanlı mütəxəssislər sülhməramlılarla müzakirə üçün Xocalıya yola düşüblər...

Bu gün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin və “AzərGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrup Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji monitorinqlər aparılması üzrə danışıqların növbəti mərhələsini planlaşdırır. Bununla bağlı nümayəndə heyəti Xocalı rayonundadır.

Bu barədə İctimai Televiziya (İTV) məlumat yayıb.

Bir neçə gün öncə danışıqların birinci mərhələsi baş tutmuşdu. Əvvəlcə Xankəndi-Gorus avtomobil yolunun Şuşa-Daşaltı yolayrıcında Rusiya sülhməramlı kontingenti ilə müəyyən müzakirələr aparılsa da, daha sonra Xocalı şəhərində Rusiya sülhməramlılarının Qərargahında danışıqlar davam edib.

Rusiya sülhməramlı kontingenti Azərbaycan tərəfinin təkliflər paketini qəbul etdi, monitorinqlərin aparılması razılaşdırıldı. Hazırda nümayəndə heyəti bu istiqamətdə əlavə danışıqların aparılmasını planlaşdırır və monitorinqlərin ən yaxın zamanda baş tutması nəzərdə tutulur.

***

Azərbaycanlı mütəxəssislər sülhməramlılarla müzakirə üçün Xocalıya yola düşüblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirmək üçün Xocalıya yola düşüb.

APA-nın Şuşaya ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, müzakirələr Rusiya sülhməramlı kontingentinin Xocalıdakı qərargahında keçiriləcək.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq bu gün Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirəcəklər.

PİA.az APA-ya istinadən bildirir ki, nümayəndələrin Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutacaq.

Danışıqlarda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı yataqlarda və müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi diqqətə çatdırılacaq.

Qeyd edək ki, dekabrın 3-də Xocalıda, Rusiya sülhməramlı qüvvələrinin qərargahında keçirilmiş müzakirələrin nəticəsi olaraq qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb.

Fotolar

pia.az 


Etiket: Xocalı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar