Cümə axşamı, 25 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mülki insanları öldürməklə terrorizmə qalib gəlmək mümkündür?

Oktyabrın 7-sində başlayan və 8 aydan çox davam edən HƏMAS-İsrail qarşıdurması bu gün demək olar ki, Beynəlxalq birliyin əsas baş ağrısıdır. Əgər İsrail məsələsində Qərb düşərgəsi birmənalı mövqe birliyinə sahibdirsə, HƏMAS-İsrail qarşıdurması ilə bağlı bunu demək mümkün deyil...

Artıq demək olar ki, kollektiv Qərb İsrail məsələsində parçalanlb və bu parçalanma hər gün daha da genişlənir. Bu parçalsnmaya səbəb isə beynəlxalq qanunları qətiyyən nəzərə almayan, daha doğrusu beynəlxalq qanunları nümayişkəranə şəkildə tapdalayan İsrail hökümətinin davranışlarıdır.

Bu gün İsrail ətraflnda dönən proseslərdə ən incə məqamlar belə nəzərə alınır. Çünki İsrailə bu toxunulmazlığı və ərköyünlüyü verən də məhz başda ABŞ olmaqla Qərb dövlətləridir. İsrailə qarşı müharibə isə doğrudan 3-cü dünya müharibəsinin başlamasına səbəb ola bilər. Hər halda ABŞ-ın İsrailə verdiyi təhlükəsizlik təminatı bunu deməyə əsas verir.

Lakin o da faktdır ki, bu gün Yaxın Şərqdə yalnız ABŞBritaniya yoxdur, Rusiya, Çin, Türkiyə, İran, müəyyən mənada Hindistan var və ərəb dövlətləri də öz iqtisadi və hərbi potensialları ilə 60-cı illərin ərəb dünyasından yerdən göyə qədər fərqlənirlər. Yəni bu gün Yaxın Şərqdə atılan bir yanlış addım qiyamət yarada bilər.

Bu baxımdan məncə İsrail Rəfahdakı qətliamı davsm etdirərsə, məncə İsrail təkcə region ölkələrini deyil, həm də Avropa ölkələrinin böyük qismini özünə qarşı qoya bilər. Burda söhbət HƏMAS-dan və girovlardan getmir, söhbət İsrailin acımadan öldürdüyü əksəriyyəti uşaqlardan və qadınlardan ibarət olan mülki insanlardan gedir.

Bu günün əsas sualı isə İsrailin bu yolla terrorizmə qalib hələ biləməsi ilə bağlıdır. Doğrudanmı İsrail on minlərlə məsum insanı qətl etməklə terrora qalib gələ biləcəyini düşünür?

Əgər İsraildə belə düşünürlərsə, o zaman yanılırlar. Çünki HƏMAS-ın 7 oktyabr terroruna qarşı daha böyük və daha kütləvi terror təşkil etməklə cavab verən İsrail unudur ki, hüquq müstəvisindən çıxaraq HƏMAS-la eyni katoqoriyaya girir. Bu da artıq baş verdiyinə görə İsrail bir dövlət olaraq artıq HƏMAS-dan başqa bir şey deyil.

Ona görədə biran öncə Beynəlxalq birlik tərəfindən İsrail və HƏMAS-a qarşı eyni tutumdan yanaşmalı və İsrail tərəfini silahlandırmaqla priblemin həll yolundan vaz keçməlidir.

Əhmədov Emil
Azərbaycan Universiteti

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qarajda sevgilisi ilə meyiti tapılan iki uşaq anası evli imiş - Hadisə yerindən görüntülər

İcra başçısının COP29 söküntüsü: sökülən reklam lövhələri və “yaşıl soyqırım” - Fotolar

Ağadadaş Ağayevin adam yaraladığı insidentlə bağlı yeni detallar

Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçildi - Rəsmi

Kaxovkaya həyat qayıdır: Bu, möcüzədir, planetin heç bir yerində belə bir şey yoxdur - Foto

Niyə bu bürclər həmişə zəngindir? Cavab sizi təəccübləndirəcək

Ağ çiçəyim"dən təzminat tələb edən sahibkar butulka ilə döyülüb

Bütün zamanların ən gözəl qadınının adı açıqlandı

Ermənistanın sülh sazişi üzərindən manipulyasiyalara getməsi nədən xəbər verir?

"Qarabağ" - "Linkoln" matçının hakimləri dəyişdirildi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay