Partiya sədri Hafiz Hacıyev öz “Facebook” səhvəsində xalqımızı Novruz Bayramı münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
Bütün xalqımızı Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və xöşbəxtlik arzulayırıq. Təbiətin oyanış fəsli yazın müjdəçisi olan Novruz bayramı tarixən insanlarımız tərəfindən birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi qarşılanıb. Buna görə də bu bayram xalqımız tərəfindən sevilir və böyük məhəbbətlə qeyd olunur.
Novruz cəmiyyəti də sağlamlaşdırır, saflaşdırır, durulaşdırır. Sağlam cəmiyyət olan ölkədə də hər bir iş uğurla davam etdirilir. Bu cəmiyyətdə atılan hər bir addım dövlətə, xalqa xeyir verir. Novruz bayramında insanlar bir-birinə daha mehriban, daha səmimi, daha mülayim, daha xeyirxah, daha məhəbbətli, daha səxavətli olurlar. Arzu edirik ki, tək novruzda deyil ilin bütün ayı, bütün günü insanlarımız səmimi, xeyirxah olsunlar. Bütün yaxşı keyfiyyətlə ilə dövlətimizə xeyir gətirsinlər.
Novruz həm də Azərbaycan xalqının həmrəylik bayramıdır. Milli həmrəyliyimizin rəmzinə çevrilmiş bu bayramı dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz də təntənə ilə qeyd edirlər. Novruz bayramı bütün dünyadakı soydaşlarımızda Vətənə bağlılıq hisslərini gücləndirir.
Əziz bayram günündə xalqımıza Novruz ovqatı, bahar əhvali-ruhiyyəsi arzu edirik.
Novruz bayramınız mübarək!
pia.az