Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvanın Moldava planı… Kremldə hazırlanan planda nələr var?..

Moldovanı Moskvanın satellitinə çevirmək üçün Kremlin hazırladığı planı üzə çıxıb…

2021-ci ilin payızında Rusiya prezident administrasiyası Moldovanın Moskvadan asılı olması planını təsvir edən strateji sənəd hazırlayıb.

Poliqon.info xəbər verir ki, “Rusiya Federasiyasının Moldova Respublikasında strateji məqsədləri” adlı sənəd “Süddeutsche Zeitung”, “Yahoo News” və “Dosya” Mərkəzinin daxil olduğu jurnalist konsorsiumunun iştirakçıları tərəfindən nəşr edilib. Qeyd edək ki, eyni araşdırmaçılar qrupu fevralın sonunda Belarusun 2030-cu ilə qədər hərbi, mədəni və iqtisadi cəhətdən Rusiyaya birləşdirilməsi ilə bağlı sənədi dərc etmişdi.

Sənədi tərtib edənlərin qarşıya qoyduğu məqsədlərdən biri Moldovanı KTMT-yə qoşulmağa məcbur etmək və Aİİ-də iştirakını genişləndirməkdir.

Belarusla bağlı sənəddə olduğu kimi, Rusiyanın Moldovada hədəfləri hərbi-siyasi, ticarət-iqtisadi və humanitar məqsədlərə bölünür və aktuallıq dərəcəsinə görə - 2022, 2025 və 2030-cu ilə qədər hədəflər açıqlanır.

Qısamüddətli hədəflərə Moldava hökumətinin Dnestryanıda Rusiya hərbi mövcudluğunun aradan qaldırılmasına yönəlmiş istənilən hərəkətlərinin neytrallaşdırılması, Rusiya-Moldova münasibətlərinin inkişafına kömək edən qeyri-hökumət təşkilatları şəbəkəsinin yaradılması, habelə Qaqauziyanın paytaxtı Komratda Rusiya Baş Konsulluğunun açılışı olmalı idi.

Prezident Administrasiyası 2025-ci ilə qədər Moldova elitası arasında rusiyapərəst əhval-ruhiyyə yaratmağı, Rusiyaya dost siyasi hərəkatların sayını genişləndirməyi planlayıb. Paralel olaraq Moskva Moldovanın “romanlaşmasının” qarşısını almalı və ölkədə rus dilində təhsilin qorunub saxlanmasını təmin etməlidir.

Nəhayət, 2030-cu ilə qədər sənəd Moldovanın Avrasiya İqtisadi İttifaqında iştirakının genişləndirilməsini, bu ölkədə Rusiya təsirinin sabit qruplarının yaradılmasını və Dnestryanı münaqişənin Dnestryanı ərazinin xüsusi statusu əsasında həllini nəzərdə tutur.

Digər uzunmüddətli məqsəd Moldovada rus dilinin beynəlxalq ünsiyyət səviyyəsinə çıxarmaq, xüsusən də ölkədə rus mediasının inkişafını təmin etməkdir. Sənəddən belə çıxır ki, strategiyanın əhatə etdiyi bütün 9 il ərzində Rusiya NATO, Aİ, ABŞ, Türkiyə və Ukraynanın Moldovaya təsirinə qarşı fəal mübarizə aparmalıdır.

Prezident Administrasiyası iqtisadi təsir alətlərindən biri kimi Moldovanın Rusiya idxalından, ilk növbədə qaz təchizatından asılılığından istifadəni görüb.

“Dosye” Mərkəzinin mənbəsi bildirib ki, sənədi hazırlayanlardan biri Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın nəzarəti altında olan prezident administrasiyasının sərhəd tərəfdaşlığı üzrə əməkdaşı Andrey Vavilovdur. Mənbənin sözlərinə görə, Vavilov 10 ilə yaxın FTX-də çalışıb və 2007-ci ildə rus dilini və mədəniyyətini xaricdə yaymaq üçün Vladimir Putin tərəfindən həmin ildə yaradılan “Russkiy mir” fonduna keçib. 2022-ci ildə fond Rusiyanın xaricdə təsir aləti kimi Aİ-nin sanksiyalarına məruz qalıb. 2011-ci ildə Vavilov Prezident Administrasiyasına işləməyə keçib və bütün fəaliyyətini Moldovanı Rusiyanın satellitinə çevirmək planı üzərində cəmləyib. “Dosye” Mərkəzinin mənbəsi bildirib ki, Vavilov layihələri maliyyələşdirən “Russkiy Mir" ekspert şurasının üzvü olmağa davam edir.

“Strategiyanın digər müəllifi Kozakın bilavasitə tabeliyində olan prezidentin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr şöbəsinin müdir müavini Viktor Lısenkodur”, deyə “Dosye”nin mənbəsi bildirib. Mənbənin sözlərinə görə, Lısenko “Moldova işlərinə birbaşa nəzarət edir”. Araşdırmaşıların əldə etdiyi danışıqların nəticələrindən belə çıxır ki, Lısenko mütəmadi olaraq FTX generalı Dmitri Milyutinə zəng edir, xüsusi xidmət orqanları tərəfindən Moldova istiqamətində görülən işlərə nəzarət edir.

Qeyd edək ki, fevralın əvvəlində Avropa Şurasının iclasında Vladimir Zelenski Ukrayna kəşfiyyatının Kişinyovda marionet hökumət qurmaq üçün Rusiyanın “Moldovada vəziyyəti sabitsizləşdirmək” planını ələ keçirdiyini bildirib. Daha sonra Moldava prezidenti Maia Sandu bu məlumatı təsdiqlədi və bildirdi ki, həqiqətən də Kiyevdən Rusiyanın gözlənilən təxribatları barədə məlumat alıb.

“Bu, hökumət binalarına hücum ediləcək və insanları girov götürəcək olan mülki geyimdə hərbi təhsil almış insanların iştirakını nəzərdə tutan qısamüddətli plandır”, deyə Moldava prezidenti bildirmişdi.

Martın 11-də ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, ABŞ kəşfiyyatı Rusiya kəşfiyyat orqanları ilə əlaqəli şəxslərin ölkədə rusiyayönlü administrasiya qurmaq üçün Moldova hökumətinə qarşı qiyam qaldırmağı planlaşdırdığına inanır. Kirbinin sözlərinə görə, ABŞ-ın Rusiyanın Avropa İttifaqı ilə sıx əlaqələr qurmağa can atan Moldova hökumətini zəiflətməyə çalışdığına dair sübutlar var. Buna baxmayaraq, Ağ Ev hazırda Kişinyov üçün Moskvadan birbaşa hərbi təhlükə görmədiyini də açıqlayıb.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar