Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Model sevgilisini döyən Ziya Hüseynzadə həbs edildi

Onun barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib...

Model Razi Əliyevanı döydüyü iddia olunan sevgilisi Ziya Hüseynzadə barəsində həbs qətimkan tədbiri seçilib.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün polis tərəfindən Xətai Rayon Məhkəməsinə Z.Hüseynzadənin istintaq dövründə həbsdə saxlanılması ilə bağlı təqdimat daxil olub. Təqdimat hakim Sülhanə Hacıyeva tərəfindən əsaslı hesab olunaraq təmin edilib. Onun barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Məhkəmədə o da məlum olub ki, iş üzrə əlavə zərərçəkmişlər də var və Z.Hüseynzadə Cinayət Məcəlləsinin 133, 177.3, 186 və 221.1-ci maddələrilə ittiham olunur.

Faktı iş üzrə zərərçəkmişlərdən birinin vəkili Ceyhun Yusifov “Qafqazinfo”ya təsdiq edib.

Qeyd edək ki, bir neçə gün öncə model Razi Əliyeva sevgilisi Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının sevgilisi tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları da instaqramda yayıb. Z.Hüseynzadə R.Əliyevanın dediklərini böhtan adlandırıb.

DİN məsələ ilə bağlı açıqlama yayaraq Z.Hüseynzadənin mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törətdiyini bildirib. Z.Hüseynzadə barəsində cinayət işi başlanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar