Çərşənbə, 29 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MM sosial xarakterli fövqəladə mühit zamanı fövqəladə vəziyyətin tətbiq edilməməsini təsdiqləyib

Milli Məclis Azərbaycanda sosial xarakterli fövqəladə mühit zamanı fövqəladə vəziyyətin tətbiq edilməməsini birinci oxunuşda təsdiqləyib...

PİA.az xəbər verir ki, "Fövqəladə vəziyyət haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, qanun adı dəyişdirilir və bundan sonra "Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında" adlanır. Dəyişikliklərə əsasən, “Fövqəladə vəziyyət haqqında” qanuna sosial xarakterli fövqəladə mühit və sosial xarakterli fövqəladə mühit rejiminə dair yeni normalar daxil edilir.

Dəyişikliklərin əsas məqsədi ondan ibarətdir ki, sosial xarakterli fövqəladə mühitin yaranması fövqəladə vəziyyətin tətbiqi üçün əsas hesab edilmir. Belə ki, əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına, əmlaka və ya ətraf mühitə əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb olan və ya səbəb ola bilən fövqəladə halların nəticəsində yaranan mühit sosial xarakterli fövqəladə mühit hesab olunur. Bu mühitin rejimi müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktı ilə Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində tətbiq edilir.

Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edilməsi barədə normativ hüquqi akt dərhal mediada elan olunmalı, o cümlədən 24 saat müddətində dərc edilməlidir. Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məhdudlaşdırılmır. Sosial xarakterli fövqəladə mühit rejimi tətbiq edildikdə, sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üçün zəruri olan tədbirlər həyata keçirilir, bu məqsədlə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət olan komissiya fəaliyyət göstərir.

Sosial xarakterli fövqəladə mühit aradan qaldırıldıqdan sonra əhalinin normal həyat fəaliyyətinin bərpa edilməsi vəzifəsi sözügedən komissiyanın səlahiyyətlərinə daxildir.

pia.az


Etiket: Milli Məclis


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fazil Mustafa ikinci dəfə əməliyyat olunub- Yenilənib, Video

Millət vəkilinin güllələnməsi: DTX-nın saxladığı İran casusu demişdi...

Fazil Mustafaya hücumu kim təşkil edib? Niyə bu gün?

Məleykə Abbaszadə, Yavər Camalov, Fazil Mustafa və... - Övladını itirmiş məşhurlar

"Dedilər çəkiliş olmaz, qurbağalar narahat olur" - Fazil Mustafa

Millət vəkilinin dostu: “Hadisə Fazil Mustafanın kiçik qızının gözü qarşısında baş verib”

Sui-qəsd cəhdindən sonra Fazil Mustafadan ilk açıqlama

Quru sərhədlər açılır? - Deputat tarix açıqladı

Güclü külək əsəcək, yağış və qar yağacaq - Xəbərdarlıq

İlham Əliyev 2020-ci il noyabrın 9-da Vladimir Putinlə Laçınla bağlı apardığı danışıqların detallarını açıqlayıb

Ən çox oxunanalar