Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mixail Saakaşvili: İlham Əliyevi əsrlər boyu xatırlayacaqlar...

Gürcüstanın sabiq prezidenti Azərbaycan liderini böyük Qafqaz oğlu adlandırıb...

Poliqon xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib və onu “Azərbaycan xalqının və bütövlükdə Qafqazın böyük oğlu” kimi xarakterizə edib.

Saakaşvili bildirib ki, İlham Əliyev bir çox liderlərin yalnız arzu etdiyi tarixi nailiyyətlərə imza atıb. “İlham Əliyev Azərbaycan torpaqlarını azad etməyə nail oldu və sülhü bərqərar etdi, ölkəni beynəlxalq siyasətin obyektindən qlobal miqyasda mühüm subyektə çevirdi”, – deyə o vurğulayıb, Mixail Saakaşvili.

Onun sözlərinə görə, müasir tarixdə az sayda dünya lideri bu səviyyədə uğurlarla öyünə bilər. “Əminliklə demək olar ki, İlham Heydər oğlu Əliyev adını tarixə qızıl hərflərlə yazıb və onu yüzillər boyu xatırlayacaqlar”, – deyə Saakaşvili qeyd edib.

Gürcüstanın sabiq dövlət başçısı Prezident İlham Əliyevlə dostluq və sıx əməkdaşlıq etdiyini xüsusi qürur hissi ilə xatırladığını bildirib. O, Azərbaycan liderinin bu gün də xalqın ləyaqətini qətiyyətlə müdafiə etməklə hər kəsə prinsipiallıq və iradə nümunəsi göstərdiyini deyib. “Əsl lider məhz belə olmalıdır: axına qarşı getməkdən çəkinməyən və real nəticələr əldə edən şəxs”, – deyə o əlavə edib, Mixail Saakaşvili.

Saakaşvili sonda Prezident İlham Əliyevə uzun ömür, Azərbaycan dövlətinə isə davamlı rifah və tərəqqi arzulayıb.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay