Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mirzoyan: Ermənistanın Qarabağla ilə bağlı danışıqlar aparmaq üçün mandatı yoxdur...

“Dağlıq Qarabağ” əhalisinin təhlükəsizliyi və hüquqları ilə bağlı bütün məsələlər Xankəndi-Bakı dialoqu çərçivəsində qaldırılmalıdır...

Poliqon xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə sualalrı cavablandırarkən bildirib.

Ermənistanın 2022-ci il büdcəsinin icrası ilə bağlı müzakirələr zamanı xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan “Dağlıq Qarabağ”ın statusu ilə bağlı danışıqlar aparmaq iddiasında deyil, çünki İrəvanın bunun üçün mandatı yoxdur.

“Bəli, biz “Dağlıq Qarabağ xalqı”ndan onun gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almamışıq. Və statusun müəyyən edilməsi məsələsində biz iddia etmirik və buna cəhd də etmirik”, deyə Mirzoyan bildirib.

Nazir əlavə edib ki, İrəvan Ermənistan-Azərbaycan nizamlanması prosesində yalnız “Dağlıq Qarabağ xalqı” ilə rəsmi Bakı arasında dialoq mexanizmini müzakirə edir, bunsuz sülh tamhüquqlu və uzunmüddətli ola bilməz.

“Dünyada heç kim inkar edə bilməz ki, “Dağlıq Qarabağ” əhalisinin hüquqları və təhlükəsizliyi ilə bağlı çoxlu açıq məsələlər var., Laçın dəhlizinin qanunsuz bağlanması, qazın və işığın dayandırılması... Bütün bu məsələləri biz deyil, “Dağlıq Qarabağın xalqı”, “seçilmişləri” və “hakimiyyət orqanları” qaldırmalıdır”, deyə Mirzoyan bildirib.

Onun sözlərinə görə, Ermənistan bu dialoqun başlanması üçün mexanizmin, platformanın yaradılmasını təmin etməlidir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar