Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mirzoyan: Azərbaycan Prezidenti buna etiraz etmədi...

Ermənistan XİN rəhbəri bildirib ki, Ermənistan 1975-ci il xəritəsinə uyğun delimitasiyanı və ərazi bütövlüyünün qarşılıqlı tanınmasını qəbul edir...

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üçün hansı xəritədən istifadə edilməsi ilə bağlı yekun razılaşma yoxdur. Lakin Azərbaycan prezidenti İlham Əliyevin Kişinyovdakı son müşavirədə 1975-ci ilin xəritəsi ilə bağlı heç bir etirazı olmayıb.

Poliqon “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2022-ci il dövlət büdcəsinin icrası haqqında hesabatın müzakirəsi zamanı deyib.

Qeyd edək ki, bu gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Bakı ilə İrəvan arasında konkret xəritə əsasında Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı heç bir razılaşma yoxdur.

“Bu işlərin 2022-ci il oktyabrın 6-da Praqa görüşündə tərəflərin razılaşdırdığı Alma-Ata Bəyannaməsinə uyğun olaraq həyata keçirilməsi öhdəlikləri var, lakin konkret xəritə üzərində heç bir razılaşma yoxdur”, deyə Mirzoyan Azərbaycan XİN-in bu günkü bəyanatını şərh edərkən deyib.

Nazirin sözlərinə görə Azərbaycan prezidenti 1975-ci ilin xəritələrindən istifadəyə etiraz etməyib. O, qeyd edib ki, bu xəritə ətrafında həm beynəlxalq ictimaiyyət, həm də Ermənistan tərəfindən anlaşma var.

Ermənistanın 1975-ci il xəritələrinə görə hər iki ölkənin ərazi bütövlüyünü tanıması və bunun əsasında delimitasiya işlərinə başlaması məqbuldur”, deyə Mirzoyan vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar