Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milyarder siyasətçi Paşinyana qarşı ittifaq qurur

Müxalifətin və iqtidarın tanınmış simaları ilə danışıqlar gedir

“Çiçəklənən Ermənistan” partiyasının lideri, erməni oliqarx və milyonçu, Serj Sarkisyanın istefasından sonra baş nazir olmaq barədə Moskvanın təklifindən imtina edən Qaqik Çarukyan növbədənkənar seçkilərdə geniş tərkibli blokla iştirak üçün parlamentdənkənar siyasi qüvvələrlə intensiv danışıqlar aparacaq.

Bu barədə “Jamanak” qəzeti məlumat yayıb.

Bildirilir ki, Çarukyan bu qüvvələri onunla birgə növbədənkənar seçkiyə getməyə razı salmağa çalışacaq: “Çarukyanın özünə müttəfiq kimi baxdığı qüvvələr arasında İrs Partiyası, Erməni Milli Konqresi Partiyası, Erməni Ümummilli Konqresi, Andrias Qukasyan, Samvel Babayan, keçmiş müdafiə naziri Seyran Ohanyan və başqaları kimi tanınmışlar olacaq. Çarukyan həmçinin “Sasna Tsrer” Partiyasının əməkdaşlıqla bağlı təklifini də nəzərdən keçirməyi planlaşdırır. Çünki həmin qruplaşmanın bir çox üzvləri həbsdən məhz “Çarukyan bloku” və şəxsən Qaqik Çarukyanın verdiyi zəmanət nəticəsində azad olunublar”.

“Jamanak” onu da yazır ki, Çarukyan Robert Koçaryanın bir nömrəli biznes ortağıdır, ancaq siyasi meydanda da onunla birləşib- birləşməyəcəyi hələ bilinmir. Lakin istənilən halda, hakimiyyətə gələrkən baş nazir Nikol Paşinyana dəstək verən “Çiçəklənən Ermənistan”ın indi ona qarşı olduğu artıq faktdır. (strateq.az)

pia.az


Etiket: Paşinyan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Çin ABŞ-ni Ukraynada sülhə nail olmağa çağırıb

1988-ci il iyununda kəndin 3 sakinini faciəli şəkildə öldürdülər - Qərbi Azərbaycan Xronikası

“Əcəmi”də "səs-küy" salan obyektlərlə bağlı tədbir görüldü - Video

Pavel Durova görə 17 milyard dollarlıq müqavilə ləğv edilir?

Ən çox oxunanalar