Çərşənbə axşamı, 28 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisin yaz sessiyasının qanunvericilik işlər planı açıqlanıb - Siyahı

Milli Məclisin 2023-cü il yaz sessiyasının qanunvericilik işlər planı müəyyənləşib.

PİA.az xəbər verir ki, sessiyada yeni qanun layihələrinə baxılması, habelə əvvəlki sessiyadan qalan layihələrin növbəti oxunuşlarda müzakirəsi nəzərdə tutulur.

Bunlar “Heydər Əliyev – 100” yubiley medalının təsis edilməsi haqqında”, Rəqabət Məcəlləsinin layihəsi, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında”, “Ali təhsil haqqında”, “Qeyri-maddi mədəni irsin qorunması haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələridir.

Bundan başqa, işlər planına digər qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələrinə baxılması da daxil edilib.

Sessiya ərzində həmçinin Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin, seçki hüququ olan 40 min vatandaşın qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxılması planlaşdırılır.

Qeyd edək ki, Milli Məclisin iş planı fevralın 1-də keçirilməsi nəzərdə tutulan plenar iclasda müzakirəyə çıxarılacaq.

pia.az


Etiket: Milli Məclis


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar Şəhidlər xiyabanında kobud səhv - Foto  

Satışa çıxarılan kəndin əhalisi haradadır? 

DTX: Xarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər həbs ediliblər

"“Filan mağazada alça 90 manatdır, çiyələk 25 manatdır, filan restoranda kababın şişi 15-20 manatdır”..."

Azərbaycanda bu tarixdə hava şəraiti kəskin dəyişəcək 

Sarayda minik maşını ilə yük avtomobili toqquşub, 3 nəfər ölüb  - Yenilənib

Bakıda məktəb direktoru özünü “Ertoğrul”a bənzətdi - Video, açıqlama

Azərbaycanda neçə alim, neçə akademik var? - Statistika

Rusiya Təhlükəsizlik Şurasının katibi: “Rusiya elə bir silaha malikdir ki...”

AVRO-2024: İsveç - Azərbaycan oyununda ikinci qol vurulub - Yenilənib

Elgiz: “Hacı Nuranın elçilik təklifindən sonra Pərvanə özündə deyil” - Video

Ən çox oxunanalar