Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məzarını qazdıran Ağamirzə: "Ölüm mənim üçün səadətdir" 

Meyxanaçı Ağamirzə Məmmədov məzarını qazdırıb...

O, bu barədə “Həmin Zaur” proqramında aparıcı Zaur Kamalın sənətlə bağlı suallarını cavablayarkən danışıb.

İzləyicilər meyxanaçının açıqlamasını birmənalı qarşılamayıblar. Onun xəstə olması barədə fikirlər səsləndiriblər.

Oxu.Az-a danışan tanınmış meyxanaçı Ağamirzə Məmmədov səsləndirdiyi fikrə aydınlıq gətirib:

“Heç bir xəstəliyim yoxdur. Əksinə, hər şey yaxşıdır.

Bir dəfə dostumun atası dünyasını dəyişdi. Hava çox soyuq idi. Qar yağırdı. Gördüm dostum atasının məzarını qazdırmaq üçün çox əziyyət çəkdi. Mən də bunları nəzərə aldım. Sabah bilinmir nə olacaq. Ola bilər sabah öldüm. Hər beli yerə vuranda deməsinlər ki, bu da vaxt tapdı ölməyə. Ona görə məzarımı qazdırmışam. O məzar mənim üçün dərsdir”.

Meyxanaçı bildirib ki, məzarı Maştağada, atasının məzarı yanında yerləşir, 4 il əvvəl qazdırıb:

“Orada babam, atam, əmilərimin məzarları var. Bir mən yoxam. Məsləhət Allahındır, mən olmaram, başqasını, qardaşımı, qohumlarımı basdırarlar. Hər dəfə gedib məzarıma baxıram deyirəm ki, ay Ağamirzə, çaşma. Yadında saxla. Camaatla acı danışma, addımlarını iri atma, təkəbbürlü gəzmə. Ola bilər təyyarədə partlayış olsun, heç meyitim tapılmasın. Ola bilər suda boğulum. Bəzi insanlar elə bilirlər ki, ölməyəcəklər. Mən hər gün yatanda fikirləşirəm ki, ola bilər sonuncu yuxum olsun, ayılmayım. Səhər duranda əllərimi açıram, deyirəm ki, şükür, bu gecəni də sağ-salamat yatdıq”.

Müsahib bildirib ki, məzarını qazdıranda qohumları ona “bədniyabət” deyiblər:

“Mənə dedilər ki, qara ağzını açma. Ölüm hamımız üçün var. Hesab edirəm ki, qəbahət iş görmürəm. Gördüm boş yer var, məzar qazdırdım. Ölüm mənim üçün səadətdir. Xoşbəxt olmaq istəyirsənsə, birinci addım ölümdür. Yoxsa nə edirsən et, xoşbəxt olmayacaqsan. Təki, Allah bizi bağışlasın”.

poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Çin ABŞ-ni Ukraynada sülhə nail olmağa çağırıb

1988-ci il iyununda kəndin 3 sakinini faciəli şəkildə öldürdülər - Qərbi Azərbaycan Xronikası

“Əcəmi”də "səs-küy" salan obyektlərlə bağlı tədbir görüldü - Video

Ən çox oxunanalar