Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Meta-nın Facebook-un psixoloji təsiri ilə bağlı araşdırmanı gizlətdiyi iddia olunur

Project Mercury layihəsinin iştirakçılarıFacebook-a bir həftəlik fasilədən sonra depressiya və təzyiqin azaldığını bildiriblər…

Meta şirkətinin Facebook və Instagram platformalarının istifadəçilərin psixikasına mənfi təsir göstərdiyini ortaya qoyan daxili araşdırmanı yarımçıq saxladığı iddia olunur.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi ABŞ-dakı bir sıra məktəb dairələrinin sosial şəbəkələrin yeniyetmələrə zərər vurması ilə bağlı Meta-ya qarşı qaldırdığı iddiada təqdim edilmiş sənədlərə istinadən məlumat yayıb.

Sənədlərə əsasən, 2020-ci ildə Meta şirkəti Project Mercury adlı xüsusi tədqiqat proqramı başladıb. Layihə çərçivəsində Facebook istifadəçilərinə müəyyən müddət ərzində sosial şəbəkəyə girməmək tövsiyə olunub. Cəmi bir həftəlik “oflayn” dövrü tamamlandıqdan sonra iştirakçılar özlərini daha az depressiv, daha az narahat, tənha və sosial təzyiq altında hiss etdiklərini bildiriblər. Bu nəticələr sosial şəbəkənin psixoloji təsirlərinə dair əhəmiyyətli suallar yaratsa da, araşdırma çox keçmədən dayandırılıb və əldə olunan məlumatlar ictimaiyyətə açıqlanmayıb.

Reuters yazır ki, Meta araşdırmanı gizlətmək ittihamlarını rədd edib. Şirkətin nümayəndəsi bildirib ki, Project Mercury metodoloji çatışmazlıqlara görə dayandırılıb və nəticələrin dərc edilməməsi “sənədlərin manipulyativ şəkildə təqdimatı” ilə bağlıdır.

Bu iddialar sosial şəbəkələrin psixoloji sağlamlığa təsiri, xüsusilə də yeniyetmələr arasında artan depressiya və narahatlıq halları fonunda geniş ictimai müzakirələrə səbəb olub. ABŞ-ın bir çox məktəb dairəsi Meta-nı, eləcə də digər sosial media şirkətlərini yeniyetmələrin psixoloji sağlamlığına qəsdən zərər vurmaqda və alqoritmik asılılıq yaratmaqda ittiham edir.

Mütəxəssislər hesab edir ki, sosial media şirkətlərinin daxili tədqiqatlarının şəffaf olmaması, onların məsuliyyətini və tənzimlənməsini gündəmə gətirir. Hadisə həmçinin federal səviyyədə sosial media platformalarının fəaliyyətinə dair yeni qanun təşəbbüslərinin müzakirəsini sürətləndirə bilər.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay