Şənbə, 01 Aprel 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Messi Dünya kuboku ilə yatmasının tarixçəsini danışdı - Foto

Argentina milli futbol komandasının kapitanı Lionel Messi 2022-ci il çempionatını qazandıqdan sonra yataqda Dünya kuboku ilə şəklinin tarixçəsini danışıb.

Onun sözlərinə görə bu yarımmüdafiəçi Rodriqo de Polonun təşəbbüsü olub.

“Biz (Argentinaya) səhər tezdən çatdıq, çox az yatdıq. Saat qurşaqlarını dəyişdikdən sonra maksimum bir-iki saat. Səhər altı idi və mən artıq televizoru açmışdım. Otağımla üzbəüz Rodriqo və Otamendi qalırdılar. Çox güman ki, mənim hamama getdiyimi və televizoru açdığımı eşitdilər. Bilmirəm niyə, amma o gecə kubok məndə qalmışdı, otağımda idi. Rodriqo içəri girəndə mən onunla oturmuşdum. O, mənə baxdı və dedi: “Uzan, mən sənin şəklini çəkəcəyəm”, - deyə Messi danışıb.

Yeri gəlmişkən, bir müddət əvvəl Messinin nümayiş etdirib poza verdiyi kubokun saxta olduğu ortaya çıxmışdı.

Xatırladaq ki, dekabrın 18-də Qətərdə keçirilən 2022-ci il Dünya çempionatının finalında Argentina millisi Fransa yığmasını üstələyib və kubokun yeni sahibi olub. Əsas vaxt 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxt da komandaların qol mübadiləsi ilə yekunlaşıb. Penaltilər seriyasında isə argentinalılar daha dəqiq olublar (4:2).

Messi turnirin ən yaxşı oyunçusu seçilib.

Fotolar

pia.az 


Etiket: Messi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Zelenski Rusiya ilə sülhün şərtini açıqlayıb

İranın molla rejiminə xidmət edən daha səkkiz nəfər tutuldu - Foto

Bahalaşma və şadlıq sarayları: “İndi 200-300 nəfərlik toy edən yoxdur”

Azərbaycanlı qızdan ölkədə yeganə nəticə: Harvard Universitetinə qəbul olub - Foto

Tibb təhsili olmadan diş həkimliyi edənlər - Video

Hərbçilərimiz Xankəndi-Xəlfəli-Turşsu yolunda Azərbaycan bayrağı dalğalandırdılar - Video

Körpələrə işgəncə verilən “Sevgi evi” sığınacağının rəhbərinin məhkəməsi başladı

Zakir Həsənov yeni nəzarətə götürülən yüksəklik və mövqelərimizlə bağlı göstəriş verdi

Çörək qırıntıları ilə böyüdü, erməni terrorunda həlak oldu: Böyük bəstəkarımızın faciəvi həyatı - Foto

Güclü yağış Hövsanda bir sıra fəsadlar yaradıb 

Albaniyalı hücumçu: "Qarabağ"da çoxlu qol vuracağıma inanıram"

Ən çox oxunanalar