Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mənimsəmə: AMEA prezidenti və vitse-prezidentlər “Mehdiyev” işinə cəlb olunur...

Prezident Administrasiyasının və AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə yenilik var...

Poliqon xəbər verir ki, gununsesi.info-nun əldə etdiyi məlumata görə, “Ramiz Mehdiyev İşi”nə AMEA-nın vitse-prezidentləri də cəlb olunub.

Bununla bağlı redaksiyaya daxil olan məlumatda bildirilir ki, Ramiz Mehdiyevə qarşı verilən ittihamlara biri də əlavə olunacaq.

Buna səbəb isə Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə korrupsiya halları barədə müraciətlərin  istintaq orqanına daxil olmasıdır.

Bu araşdırmalar nəticəsində Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 179 (Mənimsəmə və ya israf etmə) maddəsi üzrə ittiham elan olunması gözlənilir.

Məlumata görə AMEA-nın prezidenti İsa Həbibəyli, vitse-prezidentlər Dilqəm Tağıyev və İradə Hüseynova, həmçinin İşlər İdarəsinin rəhbəri Elton Quliyev  “Ramiz Mehdiyev İşi” üzrə dindiriləcək.

Qeyd edək ki, dövlət əleyhinə ağır cinayətlərdə ittiham olunan sabiq PA rəhbəri barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay