Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib

Bu gün Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib...

Poliqon xəbər verir ki, Agentlikdən verilən xəbərə görə, Müşahidə Şurasının sədri Dağbəyi İsmayılovun rəhbərliyi ilə keçirilən görüşdə üzvlər Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı, Agentliyin İcraçı direktoru Əhməd İsmayılov və İcraçı direktorun müavini Natiq Məmmədli iştirak ediblər.

İclasın gündəliyinə əsasən Medianın İnkişafı Agentliyinin Aparat rəhbəri Rəqsanə Kərimova tərəfindən Agentliyin 2025-ci il üzrə fəaliyyətinə dair hesabat təqdim olunub. Hesabatda media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin və kommunikasiyaya məsul şəxslərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, cəmiyyətin media savadlılığının artırılması istiqamətində həyata keçirilən tədbirlər, həmçinin Agentlik tərəfindən media sahəsində beynəlxalq əlaqələrin qurulması və inkişafı ilə bağlı görülən işlər, təşkil edilən beynəlxalq tədbirlər barədə ətraflı məlumat verilib. Şura üzvləri tərəfindən nizamnaməyə uyğun olaraq icra edilən layihələrin əhatə dairəsinin daha da genişləndirilməsi üçün yeni təkliflər irəli sürülüb, Agentliyin qarşıdakı dövrdə fəaliyyətinin təşkili üçün prioritet istiqamətlər müəyyənləşdirilib.

Daha sonra Agentliyin Maliyyə və təminat departamentinin direktoru Orxan Hümbətzadə qurumun Nizamnaməsinə uyğun olaraq, bütün fəaliyyət istiqamətləri əhatə edilməklə cari il üçün maliyyə planlaşdırması barədə ətraflı məlumat verib, Şura üzvləri tərəfindən 2026-cı il üçün nəzərdə tutulmuş büdcə çərçivəsində vəsaitlərin bölgüsü məqsədəuyğun və qənaətbəxş hesab edilib.

Bununla yanaşı, müzakirələr zamanı media sahəsinin davamlı inkişafını təmin edəcək strateji layihələrin icrası, innovativ yanaşmaların təşviqi və mövcud resurslardan səmərəli istifadə imkanları geniş müzakirə olunub, bu istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Bloomberg: ABŞ blokadası İranın neft ixracını iflic edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay