Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MDB sammitində Əliyev və Paşinyanın heç bir təmas saxlamamaları nədən xəbər verir?

Hesab etmək olarmı ki, iki ölkə arasında gərginlik daha da artacaq?..

Politoloq: “Kremlin Azərbaycana əvvəlki təsir imkanları qalmayıb və artıq aydındır ki, ruslar özləri birbaşa rəsmi Bakıya açıq təzyiq etməkdən çəkinirlər və bu addım atılsa belə, nəticə verəcəyindən əmin deyillər”.

“Ruslar üçün əsas məqsəd Vardanyan kartı ilə bölgədə öz hərbi iştiraklarını saxlamaq, Qarabağ üçün əlahiddə status əldə edərək, dayaq nöqtəsi yaratmaqdır. Azərbaycan bu cür planların reallaşmasına heç bir şərtlə razlıq verə bilməz”.

Bu sözləri politoloq Zaur İbrahimli MDB ölkələrinin başa çatan qeyri-rəsmi sammitini PİA.az-a şərh edərkən qeyd edib.

MDB ölkələrinin Sankt Peterburqda keçirilən qeyri-rəsmi sammiti başa çatıb. Bu sammiti necə dəyərləndirmək olar? Xüsusən sammitdə İlham Əliyev və Nikol Paşinyanın heç bir təmas saxlamamaları nədən xəbər verir. Hesab etmək olarmı ki, iki ölkə rasında gərginlik daha da artacaq?

Sammitdə İlham Əliyev və Nikol Paşinyanın heç bir təmas saxlamamasının nəticələrini PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Ehtimal etmək olar ki, beynəlxalq vasitəçilərin və təşkilataların köməyi ilə Azərbaycanın tələblərinin yerinə yetirilməsi ilə əlaqədar kompromis tapmaq mümkün olsun”.

Azərbaycanın Laçın yoluna bu və digər formada nəzarət imkanları əldə etməsi bu planları pozacaq əsas vasitə olduğunu düşünən politoloq PİA.az-a bildirib ki, məhz bu baxımdan rəsmi Bakının bu məqsədindən geri çəkilməsi real görünmür:

MDB liderlərinin Sank-Peterburqda keçirilən qeyri-rəsmi sammitində Rusiya prezidenti Vladimir Putinin və Ermənistan baş naziri Nikol Paşinyanın ikitərəfli görüşü keçirilib. Eyni zamanda Rusiya prezidenti Azərbaycan prezidenti İlham Əliyev və N.Paşinyanla üçtərəfli müzakirələr apardığını bildirib. Bu müzakirələrin əsas mövzusu Laçın-Xankəndi yolunda Azərbaycanın ekofəalların askiyası olub.

Paşinyanın Rusiya sülhmərmalıları ilə bağlı iradlarını və tənqidlərini yenidən səsləndirməsinə baxmayaraq Putinin bu məsələ ilə bağlı fikirlərini hələ ki, açıqlanmayıb. Rusiya və erməni rəsmi mənbələrinin susqunluğu onu deməyə əsas verir ki, bu danışıqlarla Azərbaycanın mövqeyinə təsir etmək mümkün olmayıb.

Rusiya rəsmi şəxsləri son günlər Laçın-Xankəndi yolundakı vəziyyəti şərh edərkən ümumi şəkildə “vəziyyətin mürəkkəb olduğunu, Moskvanın tərəflər arasında fikir ayrlığına baxmayaraq, razılıq əldə edilməsinə çalışdığını” söyləməklə kifayətlənirlər. Həmçinin, Moskva Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gəlmiş milyarder Ruben Vardanyanın Rusiya ilə heç bir əlaqəsinin olmadığını bəyan edirlər.

Kremlin Azərbaycana əvvəlki təsir imkanları qalmayıb və artıq aydındır ki, ruslar özləri birbaşa rəsmi Bakıya açıq təzyiq etməkdən çəkinirlər və bu addım atılsa belə, nəticə verəcəyindən əmin deyillər. Buna baxmayaraq Ruben Vardanyanın birbaşa rusların emissarı kimi Qarabağa gəlməsi, onların yardımı ilə dırnaqarası dövlət naziri vəzifəsinə təyin edilməsi və sırf sülhmərmalıların köməyi ilə orada məskunlaşmış ermənilərə təsir imkanlarını saxlaması heç kimə sirr deyil. Rusların dəstəyi olmasa, Paşinyan komandası, həmçinin Qarabağ ermənilərinin özləri Vardanyanı uzaqlaşdıra bilərlər.

Zaur İbrahimli: “Ermənistanın Azərbaycana qarşı hərbi təzyiq imkanları yoxdur və beynəlxalq təşkilat, vasitəçilərin yardımı ilə Azərbaycanın güzəştə getməsinə çalışırlar”.

Vardanyan, həmçinin Paşiyan üçün böyük təhlükədir və gələcəkdə əsas siyasi rəqibidir. Azərbaycan üçün də Vardanyan revanşit qüvvələri təşkilatandırmağa, silahalndırmağa çalışan xarici güclərin idarə etdiyi emisardır. Ruslar üçün əsas məqsəd Vardanyan kartı ilə bölgədə öz hərbi iştiraklarını saxlamaq, Qarabağ üçün əlahiddə status əldə edərək, dayaq nöqtəsi yaratmaqdır. Azərbaycan bu cür planların reallaşmasına heç bir şərtlə razlıq verə bilməz. Azərbaycanın Laçın yoluna bu və digər formada nəzarət imkanları əldə etməsi bu planları pozacaq əsas vasitədir. Məhz bu baxımdan rəsmi Bakının bu məqsədindən geri çəkilməsi real görünmür. Paşinyan komandası üçün bu aydındır və onlar da öz tərəflərindən Rusiyanı hədəfə gətirirlər.

Ermənistanın Azərbaycana qarşı hərbi təzyiq imkanları yoxdur və beynəlxalq təşkilat, vasitəçilərin yardımı ilə Azərbaycanın güzəştə getməsinə çalışırlar. Ehtimal etmək olar ki, beynəlxalq vasitəçilərin və təşkilataların köməyi ilə Azərbaycanın tələblərinin yerinə yetirilməsi ilə əlaqədar kompromis tapmaq mümkün olsun”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar