Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makronun reytinqi son dörd ilin ən aşağı səviyyəsinə düşüb

Fransa prezidenti Emmanuel Makron seçiciləri arasında populyarlığını itirib. Onun reytinqi son dörd ilin ən aşağı səviyyəsinə düşüb.

Bu barədə “Report” “LeJDD”yə istinadən yazır.

Reytinqin aşağı düşməsi Fransa hökumətinin pensiya sistemində islahatlar aparmaq istəməsi ilə bağlıdır. “IFOP” sosioloji xidmətinin sorğusunun (18 yaşdan yuxarı 2000-ə yaxın insan iştirak edib) nəticələrinə əsasən fransızların 70%-i bu islahatdan narazıdır və bu, Makronun reytinqinin bir ay ərzində 4 pillə aşağı düşməsinə səbəb olub.

Fransanın baş naziri Elizabet Bornun da populyarlıq reytinqi 29%-ə düşüb. Bu da onun Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə gəlişindən bəri ən aşağı göstəricidir.

Qeyd edək ki, islahatlar pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur. Müəyyən edilmiş pensiya yaşı həddinin hər il üç ay müddətində mərhələli şəkildə 62-dən 64-ə dəyişdiriləcəyi və bu prosesin 2030-cu ilə qədər davam edəcəyi deyilir.

Poliqon.info 


Etiket: Makron


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar