Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Macdonalds”da aşbaz işləyən kasıb gənc cəmi 5 ilə 100 milyard dolları necə topladı...

Çində kasıb ailədə böyümüş və “Macdonalds” restoranında aşbaz işləmiş gənc “Binance” kriptovalyuta birjasını quraraq cəmi 5 ilə 100 milyard dollar sərvətə sahib olub. virtualaz.org xəbər verir ki, bu sür sürətlə varlanan Çenpen Çjao Mark Zukeberq və Larri Peyc kimi İT-maqnatlara meydan oxuyur, lakin o tipik milyarder həyatı yaşamır. Kriptovalyuta sənayesinin ən sirli nümayəndələrindən biridir, daşınmaz əmlakı və bahalı avtomobilləri yoxdur, dəbdəbəli saatlar taxmır. Habelə o publika qarşısında görünməyi xoşlamır, Çjaonun həm şəxsi həyatı, həm biznesi sirr pərdəsi ilə örtülüb.

“Binance” kriptovalyuta birjasının 8 milyondan çox istifadəçisi var və o, dünya səviyyəsində treydinq platforması hesab edilir.

Çenpen Çjao Çin əsilli kanadalıdır, o 1977-ci ildə Çinin Szyansu əyalətində universitet müəlliminin ailəsində anadan olub. 1980-ci illərdə onun atası Çində Mao Tszedunun başlatdığı “mədəni inqilab” zamanı təqib olunub və ailə Kanadaya mühacirət edib. Çjaonun ailəsi Kanadada da kasıb yaşayıb, o ailəsinə kömək etmək üçün hər cür işlərdə işləyib. Bir vaxtlar Çjao gündüzlər “Macdonalds” restoranında burqerlər hazırlayır, gecələr isə yanacaqdoldurma məntəqəsində işləyirdi.

12 yaşı olanda atası ona 5,6 min dollara IBM PC XT 286 kompüterini alıb. “O zaman həmin pulu biz böyük əziyyətlə toplamışdıq. Atam deyirdi ki, bu kompüter onun həyatı boyu aldığı ən bahalı əşyadır”,-Çjao bir vaxtlar deyirdi.

Bu kompüter sayəsində Çjao proqramlaşdırmanı öyrənməyə başlayıb, ali məktəbə daxil olub və fərdi kompüterlər istehsal edən şirkətdə işləməyə başlayıb.

Çjaonun kriptovalyuta ilə tanışlığı 2013-cü ildə BTC China kriptobirjasının baş direktoru Bobbi Li və kriptoinvestor Ron Tsao ilə dostyana poker oynayarkən tanış olub. Tanışları ona təklif ediblər ki, riskə getsin və qənaət etdiyi pulların onda birini bitkoinlərə yatırsın. “Onlar dedilər ki, sən öz pulunun 10 faizini bitkoinə yatırmalısan. Əgər bitkoinin qiyməti sıfra düşsə sən həmin 10 faizi itirəcəksən, bu da çox az puldur. Amma böyük ehtimalla bitkoinin qiyməti 10 dəfə bahalaşacaq və sənin sərvətin ikiyə qatlanacaq. Mən düşündüm-bu doğrudan da ciddi təklifdir”,-Çjao bildirir.

Çjao birjanı 2017-ci ildə investorlardan 15 milyon dollarlıq kriptovalyuta cəlb etməklə qurub. O vaxtdan bəri onun sərvəti 100 milyard dollara yaxınlaşıb. “Binance” birjası offşorda qeydiyyatdan keçib, onun ofislərinin yeri məxfi saxlanılır, əməkdaşları isə bütün dünyaya səpələnib. Şirkətin səhmləri birjada satılmır və bütün bunlar “Binace” birjasını hökümətlərin hər hansı təzyiqlərindən qoruyur. Çjao dünyada ilk milyarderdir ki, ona təzyiq göstərmək mümkün deyil və sərvətləri durmadan artmaqdadır.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar