Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Londonda deputat Cavanşir Feyziyevin 5,6 milyon funtu müsadirə edildi - Məhkəmə qərarı

Böyük Britaniyanın Milli Kriminal Agentliyi (NCA) yanvarın 31-də Azərbaycanlı deputat Cavanşir Feyziyevin ailəsinə məxsus olduğu bildirilən ümumilikdə 5,6 mln. funtluq hesaba həbs qoyulduğu barədə məlumat dərc edib.

“Cinayətkarlığa qarşı mübarizə üzrə Milli Agentliyin bank hesablarında olan pulun mənşəyini araşdırmasından sonra milyonlarla funt müsadirə edilib. Müstəntiqlər Böyük Britaniyada Azərbaycan parlamentinin fəaliyyətdə olan deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus hesablarda 5,6 mln. funt sterlinqin müsadirəsi üçün order verilməsinə müvəffəq olublar”, deyə press-relizdə bildirilir.

Araşdırma zamanı Feyziyevin ailə üzvlərinin adına olan hesabların dondurulması haqqında altı sərəncam verilib. Müstəntiqlər vəsaitin Estoniya və Latviyadan saxta şirkətlər vasitəsilə yuyulduğunu hesab edirlər. Bu köçürmələrin bir hissəsi əməliyyatın qanuniliyini təsdiq edən müqavilələrlə müşaiyət olunub. Amma Londonun Vestminster məhkəməsində üç həftə davam edən prosesdən sonra hakim Con Zani bildirib ki, “bu sənədlərin tamamilə saxta olduğunun və əsas pulların yuyulmasını ört-basdır etmək üçün hazırlandığının təkzibolunmaz dəlilləri var”.

Dondurulmuş vəsaitin ümumi məbləği 15,3 mln. funt sterlinq təşkil edib, onun üçdə birini – 5,6 mln. funt sterlinqini məhkəmə müsadirə edib.

Hakimiyyət araşdırmaya başladıqda və hesablar dondurulduqda Feyziyevin nümayəndəsi NCA-nın pulların qanunsuz mənşəyi haqqında bütün iddialarını təkzib edib, ittiham tərəfin bütün dəlillərini isə əsassız adlandırıb.

Ailə üzvləri iddia ediblər ki, onların sərvətləri Cavanşir Feyziyevin qanuni biznes fəaliyyətindən əldə edilib. Onlar “Regents” parkının yanındakı “Cumberland Terrace”də aldıqları milyonlarla funtluq evin pulunu da ordan ödədikləırini deyiblər.

Buna baxmayaraq, hakimi Con Zani üçlüyün dondurulmuş bank hesablarında saxlanılan 15,3 milyon funt sterlinqin 5,6 milyon funt-sterlinqinin müsadirə olunmasına dair qərar çıxarıb.

Müsadirə olunan pulun böyük hissəsi 4,4 milyon funt-sterlinqi xanım Feyziyevaya məxsusdur. Deputatın oğlu Orxanın 1 milyon funt-sterlinqi, Elmanın da 240.000 funt-sterlinqi müsadirə ediləcək.

Qeyd edək ki, cinayət araşdırıması tam yekunlaşmadığına görə depozitdə qalan vəsait bütüövlükdə dondurulub, malikanəyə də əl qoyulub.

PIA.az xəbər verir ki, deputat Cavanşir Feyziyevin Londonda əmlakının müsadirə olunmasına tanınmış ictimai fəal Bəxtiyar Hacıyev də münasibət bildirib. Bəxtiyar Hacıyev Cavnşir Feyziyevin Azərbaycandakı korrupsiya sisteminin kiçik fiqurlarından biri olduğunu vurğulayaraq qeyd edir ki, xaricə qeyri-qanuni yollarla daşınmış milyardlar başqa ölkələr tərəfindən müsadirə ediləndə bu kasıb xalqı daha çox yandıracaq:

“Bloomberg və digər nüfuzlu nəşrlər yazırlar ki, Böyük Britaniyanın Cinayətkarlıqa Mübarizə üzrə Milli Agentliyi (NCA) Azərbaycan deputatı Cavanşir Feyziyevin ailəsinə məxsus olan 5.6 milyon funt sterlinqi (təxminən 13 milyon manat) müsadirə edib. Hakim müstəntiqlərin təqdim etdikləri sənədlərə baxaraq qərar verib ki, bu pullar çirkli, qeyri-qanuni yollarla Britaniyaya daşınıb.

Cavanşir Feyziyev Azərbaycanda dərman monopoliyasında payı olan şəxslərdən sayılır. Təsəvvür edin, 10 manata satılmalı olan dərmanlar sırf monopoliyaya görə 23 manata satılır, hər dərmandan qalan 13 əlavə manatla 1 milyon insanın artıq ödədiyi pul bir anda Britaniyanın hesabına keçir. Nə xalqı öz haqqını əldə etməyə qoymurlar, nə də özləri yeyə bilmirlər. Təqaüdçü Rafiq kişinin haqqını siyasətçi İvandan tutmuş müstəntiq Jeremyə qədər hamıya yedizdirirlər.

Cavanşir Feyziyev bu Laundromat sxemində ən balaca fiqurlardandır. Təsəvvür edin xaricə qeyri-qanuni yollarla daşınmış milyardlar başqa ölkələr tərəfindən müsadirə ediləndə kasıb xalqı necə yandıracaq...”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür

Bild: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Ən çox oxunanalar