Rusiya Liberal Demokrat Partiyasının sədri Leonid Slutski Dövlət Dumasının iclasında ölüm hökmünə qoyulan moratoriumun ləğvinin lehinə çıxış edib... Ətraflı
Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsilə miqrant axınına nəzarətin sərtləşdirilməsi istiqamətində işləri sürətləndirə bilər... Ətraflı
Qırğızıstanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyada Moskva vilayətində törədilmiş terror aktından sonra qəbul edilmiş əlavə təhlükəsizlik tədbirləri və dövlət sərhədindən keçidə gücləndirilmiş nəzarət rejimi ləğv edilənə qədər tutarlı səbəb olmadan Rusiyaya səfərlərdən çəkinmələrini tövsiyə edib... Ətraflı
Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində baş vermiş terror aktı zamanı azərbaycanlı olduğu deyilən Kamil Nəsibov 100-dən çox insanı xilas edib... Ətraflı
Rusiyanın paytaxtı Moskvanın Basmannı rayon məhkəməsi martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törətməkdə şübhəli bilinən Tacikistan vətəndaşları 33 yaşlı Dalercon Barotoviç Mirzoyev, 30 yaşlı Saidakrami Muradali Raçabalizoda, 26 yaşlı Şamsidin Fariduni və 20 yaşlı Muhəmmədsobir Zokirçonoviç Fayzov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib... Ətraflı
Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 137-yə yüksəlib... Ətraflı
Rusiya Səhiyyə Nazirliyinin Moskva vilayəti şöbəsi martın 22-də “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı nəticəsində Moskva və Moskva vilayətinin tibb müəssisələrində xəstəxanaya yerləşdirilən zərərçəkənlərin siyahısını yeniləyib... Ətraflı