Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Əliyeva yeni şeirini təqdim edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva qələmə aldığı şeiri rəsmi “Instagram” hesabında paylaşıb...

Poliqon həmin paylaşımı təqdim edir:

Gecə donun çıxarıb, şəfəq üzümə gülür,
Və bu an ömrümüzə yeni ömür bəxş edir.
Bilirəm, günəş batar, yenə sübhdən doğular,
Necə ki bir düşüncə yaranıb-yoxa çıxar…

Heç nə gözləmirəm mən, deyirlər mən unutmuşam sevməyi,
Ağlıma qalib gələn hisslərimi, sevgimi.
Bəlkə bu həyat mənə ötəri bir yuxudur,
Nə zamansa yazdığım bir nağıldır, oxudur…

Səssiz gecə səhrada Allaha yalvarmışam,
Qaytarsın qürurumdan kor olan gözlərimi.
Bəlkə, dostum, həyattək səni də uydurmuşam,
Qoymaram, sənə doğru uzana əllərimi…

Çoxları sevməyimi unutmuşam desə də,
Bu qədərsiz sevginin qədərini bilmədi.
Ürəyim çoxu ilə vursa da, döyünsə də,
Kiməsə əsir düşüb, kiməsə əyilmədi.

Quşlar elə oxuyur — ruhum riqqətə gəlir,
Məni məndən qoparıb, yaşamağa səsləyir.
Kədərlənmə, üzülmə, hər şey ötüb-keçəcək,
Bil ki, mən qədər səni heç kimsə sevməyəcək!

Şeir: Leyla Əliyeva
Tərcümə: Sevinc Əliyeva

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

“Real”dən 20 milyon avroluq transfer bonusu alacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay