Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrovun Ermənistana açıq mesajı... - Rusiya nə demək istədi?

Rusiyanın xarici işlər naziri bildirib ki, ABŞ Paşinyan hökümətinə rusları Ermənistandan qovmağı təklif edir...

Politoloq: “Belə bir vəziyyətdə çox maraqlıdır ki, bu gerçəkləri Lavrov dilə gətirməyə ehtiyac duyub. Bu həm də dolayısı ilə Ermənistana bir xəbərdarlıqdır”.

“Qərb dünyası, başda da ABŞ Rusiyanı bölgələrdən sıxışdırıb çıxarmaq istəyir. Bunun üçün də əlbəttə ki, Rusiyanın təsir imkanlarının azaltmaq lazımdır”.

Bu sözləri politoloq Natiq Miri Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞErmənistan haqqındakı açıqlamasını Poliqon-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, bu gün Lavrov bildirib ki, ABŞ Paşinyan hökümətinə rusları Ermənistandan qovmağı təklif edir. Lavrova görə Amerikalılar İrəvana rus bazasının ölkədən çıxarıması müqabilində təhlükəsizliklə bağlı kömək vəd edirlər.

Lavrov həmçinin qeyd edib ki, KTMT Azərbaycan-Ermənistan sərhədində müşahidəçi missya yerləşdirməyə hazır idi və bu missiya Ermənistanın təhlükəsizliyini daha etibarlı şəkildə təmin edə bilərdi. Lakin sonucda Ermənistan buna razılıq verməyib.

Rusiya xarici işlər nazirinin belə açıq mətnlə bəyanat verməsi nədən xəbər verir və bu bəyanatdan çıxış edərək Rusiyanın Ermənistanla hazırkı münasibətlərini necə dəyərləndirmək olar?

RusiyaErmənistanın münasibətlərini Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Rus qoşunlarının Qarabağdan, Azərbaycandan çıxması Cənubi Qafqazda Rusiyanın yenidən mövqelərinin zəifləməsinə gətirib çıxara bilər ki, Qarabağdan çıxan rus qoşunları hadisəsi eyni ilə rus qoşunlarının bütövlükdə Ermənistandan çıxmasını tətikləyə bilər. Məsələ budur və bu Rusiyanı narahat edir”.

Dolayısı ilə Ermənistana onları dəstəkləyə və Azərbaycan qarşısında daha da təhlükəsiz edə bilmələri mesajının verildiyini düşünən politoloq Poliqon-a açıqlamasında vurğulayıb ki, bu əslində Azərbaycana qarşı edilən bir jestdir:

“Bu yeni bir açıqlama və reallıq deyil. Bildiyimiz kimi Cənubi Qafqaz uğrunda Qərb-Rusiya rəqabəti mövcuddur. Yəni, bu gün Ukrayna-Rusiya cəbhəsində olan proseslər digər Rusiyanın geosiyasi maraqları olduğu bölgələrə də transformasiya edib. İstər Orta Asiyada, istərsə də Cənubi Qafqazda biz eyni mübarizəni, rəqabəti görürük. Qərb dünyası, başda da ABŞ Rusiyanı bölgələrdən sıxışdırıb çıxarmaq istəyir. Bunun üçün də əlbəttə ki, Rusiyanın təsir imkanlarının azaltmaq lazımdır.

Bu gün Rusiyanın Cənubi Qafqazda təsir imkanları əsas Ermənistanda mövcuddur. Çox təəssüf ki, 2020-ci ilin sentyabrın 20-də başlayan 44 günlük Vətən müharibəsindən sonra rus qoşunları yenidən Azərbaycana qayıda bildi. Bu da müəyyən təsir imkanları vəd edir. Bu gün ABŞ-ın və Qərb dünyasının bu rəqabətdə, mübarizədə Rusiyanın təsir imkanlarının azaldılmasına xidmət edir. Yəni, bu gün ABŞ və Qərb dünyası, Avropa Birliyi sülh müqaviləsinin tezliklə bağlanmasını ona görə təşviq edib ki, Rusiyanın artıq təsir imkanları mövcud olmasın. Çünki sülh müqaviləsi olduğunu təqdirdə rus qoşunlarının Azərbaycanda, Qarabağda varlığına ehtiyac qalmır.

Rus qoşunlarının Qarabağdan, Azərbaycandan çıxması Cənubi Qafqazda Rusiyanın yenidən mövqelərinin zəifləməsinə gətirib çıxara bilər ki, Qarabağdan çıxan rus qoşunları hadisəsi eyni ilə rus qoşunlarının bütövlükdə Ermənistandan çıxmasını tətikləyə bilər. Məsələ budur və bu Rusiyanı narahat edir. Belə bir vəziyyətdə çox maraqlıdır ki, bu gerçəkləri Lavrov dilə gətirməyə ehtiyac duyub. Bu həm də dolayısı ilə Ermənistana bir xəbərdarlıqdır. Çünki bu məsələnin içərisində mahiyyətində bir təhdid olan fikirlər də səsləndirilib ki, zamanında KTMT hərbi təşkilatı Ermənistan razı olub öz ərazisində missiyasını yerləşdirmiş olsaydı, bu gün Ermənistan üçün daha müsbət, uyğun vəziyyət yaranardı.

Natiq Miri: “Bu həm də təhdid və təklifdir ki, Avropa Birliyinin müşahidə missiyasını ərazinizdən çıxarıb KTMT, yəni Rusiyanın qoşunlarını yenidən Azərbaycan-Ermənistan sərhəddində yerləşdirirsinizsə, biz Ermənistanın təhlükəsizliyini təmin edə bilərik”.

Dolayısı ilə Ermənistana mesaj verirlər ki, biz sizi dəstəkləyə və Azərbaycan qarşısında daha da təhlükəsiz edə bilərdik. Bu əslində Azərbaycana qarşı edilən bir jestdir. Bu həm də təhdid və təklifdir ki, Avropa Birliyinin müşahidə missiyasını ərazinizdən çıxarıb KTMT, yəni Rusiyanın qoşunlarını yenidən Azərbaycan-Ermənistan sərhəddində yerləşdirirsinizsə, biz Ermənistanın təhlükəsizliyini təmin edə bilərik.

Bildiyimiz kimi bu sənəd hazırdır. Ancaq bu sənədi son anda Ermənistanın baş naziri Nikol Paşinyan imzalamamaqla rədd etdi. Çünki KTMT rəhbərliyi qarşısında konkret şərtlər qoydu ki, bu şərtlər də dolayısı ilə Azərbaycanın Ermənistan ərazisində bir işğalçı ordu olduğunu, Ermənistanın ərazilərini işğal etdiyi faktını təsdiq etməsini istədi. Bu da əslində hüquqi cəhətdən mümkün deyil. Çünki 44 günlük müharibə və 30 illik bu münaqişə çərçivəsində artıq sərhəd anlayışı çoxdan itib. Yəni, belə bir anlayış yoxdur.

Növbəti sərhəd məsələsi də xəritə üzərində delimitasiya, sonra da delmikasiya olunmayıb. Yəni, sərhəd müəyyən deyil. Buna görə də bu gün birtərəfli qaydada sərhəddi kim formalaşdırırsa, gələcəkdə bu sərhədlərdə israr edib dayana və sərhəddi müəyyənləşdirə bilər. Sərhəd anlayışı olmadığı üçün başda Rusiya olmaqla bu sərhəddi kimsə tanımadı. Hələ də delimitasiya olunmamış bir sərhəd haqqında konkret qərar verməyin özü də doğru deyil.

Natiq Miri: “Dolayısı ilə Rusiya həm də bəyan edib ki, Qərb dünyası təkcə Ukraynada deyil, demək olar ki, bütün Rusiyanın maraqları olduğu bölgələrdə Moskvanı sıxışdırmaq siyasəti yürüdür”.

Lavrovun dedikləri budur, həm də Ermənistana bir mesajdır ki, əgər öz təhlükəsizlik sisteminizi əmin əllərə vermək və müdafiə olunmaq istəyirsinizsə, onda yenidən Rusiyaya yıxılın, Rusiyanın orbitinə qayıdın, rus qoşunlarını yenə də sərhədinizdə yerləşdirin. Bununla da təhlükəsizliyinizə təminat olsun. Rusiya növbəti dəfə Ermənistanın vassallığa qayıtmasını təklif edir.

Düşünürəm ki, bu məsələ o qədər sıradan bir məsələ deyil. Çünki bu proseslər bir xeyli su alıb. Hesab edirəm ki, artıq Paşinyan hökümətinin Qərbə doğru ciddi inteqrasiyası göz qabağındadır. Hətta, ola bilsin ki, bu geriyə dönməz bir proses yaradıb. Buna görə də növbəti hədə, növbəti təklif kimi, Rusiyadan Ermənistana mesaj verildi. Yəni, bu həm kökə, həm də dəyənək siyasətidir Rusiyanın. Dolayısı ilə Rusiya həm də bəyan edib ki, Qərb dünyası təkcə Ukraynada deyil, demək olar ki, bütün Rusiyanın maraqları olduğu bölgələrdə Moskvanı sıxışdırmaq siyasəti yürüdür”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar