Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçınlılar doğma yurd yerlərinə qayıdırlar

Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb...

2020-ci ilin payızında 44 günlük müharibə zamanı 30 ildən sonra digər rayonlarımız kimi Laçın rayonu da işğaldan azad edildi. Noyabr ayının 10-da Azərbaycan, RusiyaErmənistan arasında imzalanmış birgə Bəyanatla dekabr ayının 1-də Laçın doğma Azərbaycana qovuşdu.

Geri qaytarıldıqdan sonra Laçında abadlıq, quruculuq işlərinə başlanıldı. Yollar çəkildi, evlər, inzibati binalar tikildi. Yurd həsrətli laçınlılar sevinclə qayıdacaqları günü gözlədilər.

Cəmi 7-8 ay ərzində Laçın şəhərinin böyük hissəsi yenidən quruldu.
Budur həmin gün gəlib çatdı. Uzun illik həsrətə son qoyuldu. May ayının 27-də ilk 20 ailə burada yerləşdirildi. Laçınlılar sevinc göz yaşları ilə doğma yurdlarına qədəm qoydular.

Yaxın vaxtlarda isə Laçında 4 mindən artıq laçınlının yerləşdirilməsi nəzərdə tutulub. Burada ilkin 764 ailənin yaşaması üçün yüksək səviyyədə şərait yaradılıb. Belə ki, burada bir neçə ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış evləri, 9-u çoxmənzilli binalardır. Bu binalarda isə hələlik 144 mənzil hazırlanıb. Bunlar birinci mərhələdə görülən işlərdir. İkinci mərhələdə daha böyük işlər görüləcək və daha çox insan öz doğma yurd-yuvasına qovuşacaq.

Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev may ayının 28-də Laçın şəhərində Heydər Əliyev, Zəfər, 28 may, Xosrov bəy Sultanov, Zəngəzur, 1 dekabr küçələrində lövhələrin açılışında iştirak edib, bərpa olunmuş yaşayış evində yaradılan şəraitlə tanış olub. Sonra Azərbaycan Prezidenti doğma ata-baba torpaqlarında laçınlıları Müstəqillik Günü münasibəti ilə təbrik edib. Bu görüşün məhz 28 may tarixində təşkil edildiyinin böyük rəmzi mənası olduğunu deyib. Bu gün müstəqil Azərbaycan dövlətinin həm dünya miqyasında kifayət qədər möhkəmləndiyini, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövlətinin istənilən nəticəni əldə etməyə qadir olduğunu vurğulayıb. Dövlət başçısı Laçın şəhərinə qayıdan əhaliyə evlərin açarlarını təqdim edib.

Laçın rayonu işğaldan sonra yenidən öz gözəlliyinə qovuşur. Günbə gün daha da gözəlləşir, abadlaşır. Burada insanların yaşayış şəraitinin daha da yaxşılaşması, onların işləməsi üçün 1100-dən çox yeni iş yeri açılır. Tibb məntəqələri hazırlanır. Uşaqların təhsil alması üçün artıq tikilmiş və son tamamlama işləri gedən məktəb binası yeni dərs ilində məktəblilərin ixtiyarına veriləcək. Gün gündən qurulan, yenilənən, abadlaşan Laçın şəhərinin gözəlliyinə, əzəmətinə gözəllik qatılır. Sanki cənnətə çevrilir azərbaycanlıların bu ulu diyarı.

Cənab Prezident İlham Əliyev həmin gün LaçınKəlbəcər rayonlarının yaxın vaxtlarda istifadəyə veriləcək kəndlərində təməlqoyma mərasimlərində də iştirak edib: “Azad edilmiş bütün ərazilərdə geniş quruculuq işləri aparılır. Yəni, bu, bir daha onu göstərir ki, biz – o torpağın sahibləri gəlmişik qurmaq üçün, yaratmaq üçün. Mənfur döşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub, özü də yaşamayıb, bizə də yaşamağa imkan verməyib. Biz isə cəmi iki il yarım ərzində artıq keçmiş köşkünlərin birinci qrupunu Ağalı kəndinə, Talış kəndinə yerləşdirmişik və üçüncü yaşayış yeri, hara ki, keçmiş köşkünlər qayıdır, Laçın şəhəri olub. Biz bu ilin sentyabr ayına qədər Zabux kəndini də tamamilə inşa edib zabuxluların sərəncamına verəcəyik”.- deyib.

Laçın rayonu Şuşadan sonra – 1992-ci ilin may ayında ermənilər tərəfindən işğal edilmişdir. Həmin vaxt Azərbaycan yenicə öz müstəqilliyinə qovuşmuşdu. Lakin respublikada baş verən hərc-mərclik, xaos, eyni zamanda rəhbərlikdə olan və rəhbərliyə can atan müxalifət nümayəndələrinin xəyanəti nəticəsində dağlar qoynunda yerləşən, Şuşa, Laçın düşmənlərə təhvil verilmişdi. Ölkədə hakimiyyət uğrunda mübarizə, qardaş qırğını gedirdi. Respublika vətəndaş müharibəsi ərəfəsində idi.

Yalnız 1993-cü ildə xalqın təkidi ilə dahi rəhbər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün bu xaosa son qoyuldu. Lakin strateji yüksəkliklər artıq düşmənlərin əlində idi, odur ki, digər əraziləri işğal etmək o qədər də çətin deyildi. Vətənimizin belə darda olan vaxtında böyük, uzaqgörən siyasətçi Heydər Əliyev atəşkəsə nail oldu. Bu müddətdə silah-sürsat əldə edildi, nizam ordu yaradıldı. Qarabağın Azərbaycan ərazisi olduğu və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi bütün dünyaya bəyan edildi.
Bu gün artıq dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe sayılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Onlar cəmi 3-4 il bundan əvvəl “Qarabağ Ermənistandır” deyirdilər və hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilərlər. Hesab edirdilər ki, biz azərbaycanlılar bu vəziyyətlə barışacağıq. Mən isə deyirdim ki, yox, barışmayacağıq. Həyat bir daha onu göstərdi ki, nə deyiriksə, onu da edirik. Bir neçə gün bundan əvvəl Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlama faktiki olaraq mənim bir neçə il bundan əvvəl dediyim “Qarabağ Azərbaycandır!” sözlərimin təkrarıdır.

İndi isə artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb”.
May ayında öz isti yuvalarını tərk edən laçınlılar illər ötsə də, elə may ayında da vətənə, doğulub boya-başa çatdıqları yurd yerlərinə köç etməyə başladılar. İşğaldan azad edilmiş digər ərazilərimiz də sürətlə bərpa edilir. Böyük qayıdış davam edir.

Şəhla Ağbulud -Abşeron” qəzetinin baş redaktoru

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar