Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Laçın rayonu həm döyüş meydanında, həm də siyasi yolla azad edildi

Laçın rayonu strateji əhəmiyyətə malik bir rayondur. 1992-ci il may ayının 18-də Laçın rayonunun xəyanət nəticəsində bədnam qonşularımız tərəfindən işğal edildikdən sonra bir-birinin ardınca digər rayonlar işğala məruz qald və köçkün karvanlarının sayı çoxaldı. Çünki Ermənistandan Qarabağa gedən yol məhz Laçın rayonundan keçirdi.

İşğaldan sonra Laçın rayonunun əhalisi ölkənin müxtəlif rayonlarında məskunlaşdı. İşğala qədər rayonda 1 şəhər, 1 qəsəbə, 125 kəndi olan Laçın əhalisi məcburi köçkün kimi ölkəmizin 58 şəhər və rayonlarında məskunlaşdılar.  Öz dədə-baba yurdlarından ayrı düşmələrinə baxmayaraq adət-ənənələrin i qoruyub saxladılar.

Laçın igidlər məskənidir. Həm 1-ci, həm də 2-ci Qarabağ müharibəsində Laçının mərd oğulları öz igidlikləri ilə seçildilər. 285 nəfəri şəhid oldu. Müharibədə şücaət göstərmiş laçınlılardan 5 nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görüldü.

Biz Laçını həm döyüş meydanında, həm də siyasi yolla qaytardıq. 2-ci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi. Məhz Laçın rayonunun cənub hissəsi döyüşərək azad edildi.

Bu gün Laçın rayonunun Ermənistanın işğalından azad edilməsindən 3 il ötür . 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ermənistan üzərində şanlı qələbə qazanaraq torpaqlarımızın  30 ilə yaxın davam edən işğalına son qoyuldu.

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də Azərbaycana geri qaytarıldı. Buna qədər ordumuz böyük qəhrəmanlıq nümayiş etdirərək Laçın rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2020-ci il fevralın 14-də Laçın rayonuna səfəri zamanı Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı.

Bu gün işğaldan azad olunmuş digər ərazilərimiz kimi Laçın rayonunda da böyük quruculuq, abadlıq işləri həyata keçirilir. Laçında inşa olunan və 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılan hava limanı bölgənin beynəxalq statusunu artıracaqdır. İşğaldan azad edilmiş rayonumuzda yol infrastrukturun un da tikintisi diqqətdə saxlanılır. Prezident İlham Əliyevin sərəncamına əsasən, tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72.8 kmdir.

Bu gün Laçına yeni həyat qayıdır. İllərlə yurd həsrəti çəkən sakinlərin qayıdışı ilə Laçın daha da gözəlləşib canlanacaq. Eyni zamanda Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. 28 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin sərəncamı ilə Məsim Məmmədov Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi təyin olundu. Prezident İlham Əliyev Məsim Məmmədovu qəbul edərkən bu sözləri deyib: “Siz Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı doğruldacaqsını z. Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun böyük potensialı var. Əlbəttə ki, Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək”.

Mən də bir şəhid atası kimi Ali Baş Komandanımız İlham Əliyevin apardığı siyasəti dəstəkləyir, öz ata-baba yurdumuzu bizə qaytardığı üçün və doğma Laçınımızda quruculuq işləri apardığı üçün laçınlılar adından, Laçın rayon Çıraqlı kənd sakinləri adından dərin təşəkkürümü bildirirəm və doğma yurduma - Laçınıma qayıdacağım günü səbirsizliklə gözləyirəm.

Mamed Əhmədov
Vətən Müharibəsi şəhidi Mənsur Əhmədovun atası, əslən Laçınlı olan Abşeron rayon sakini

Poliqon.info 


Etiket: Laçın rayonu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar