Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Küveytdə partlayış – Milli Qvardiyanın binasına zərər dəyib

Rəsmi məlumatda bildirilir ki, hücum nəticəsində obyektə maddi ziyan dəyib, lakin hadisə zamanı insan tələfatı barədə məlumat verilməyib...

Poliqon xəbər verir ki, Küveyt Milli Qvardiyası son pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində quruma məxsus binalardan birinin zərər gördüyünü açıqlayıb.

Hücumun hansı istiqamətdən həyata keçirildiyi və istifadə olunan PUA-nın mənşəyi hələlik açıqlanmır.

Hadisə Körfəz regionunda artan hərbi gərginlik fonunda baş verib. Son dövrlərdə pilotsuz uçuş aparatlarından istifadə ilə həyata keçirilən hücumların intensivləşməsi region ölkələrinin təhlükəsizlik sistemləri üçün ciddi çağırışlar yaradır.

Ekspertlər hesab edir ki, bu cür hücumlar həm strateji obyektlərin qorunması məsələsini gündəmə gətirir, həm də regionda mövcud qarşıdurmaların coğrafiyasının genişlənməsi ehtimalını artırır.

Küveyt rəsmiləri hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirir və təhlükəsizlik tədbirlərinin gücləndirildiyini vurğulayır.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

“Real”dən 20 milyon avroluq transfer bonusu alacaq

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay