Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kreml Rusiyanın müharibədəki hədəflərinin dəyişmədiyini açıqlayıb

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Rusiyanın “xüsusi hərbi əməliyyat”dakı məqsədlərinin dəyişmədiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə Kremlin nümayəndəsi “Moskva. Kreml. Putin” proqramına müsahibəsində danışıb.

“Münaqişənin öz məqsədi var. Bizim prezident tərəfindən açıqlanan məqsədlərimiz var. Onlar dəyişməyiblər. Bu məqsədlərə nail olunmalıdır”, - o, Moskvanın müharibəni aparmağa gücü və resurslarının olub-olmaması ilə bağlı suala cavabında deyib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlamazdan öncə və dərhal sonra Rusiya rəhbərliyi bir çox fərqli siyasi məqsədləri açıqlayıb. Onlar qeyri-müəyyən və hətta ziddiyyətli olublar. Belə ki, “xüsusi hərbi əməliyyat” adı ilə başladılan genişmiqyaslı işğalın elan edilmiş ilkin məqsədi olan “demilitarizasiya və denasifikasiya” (tərk-silah və nasizm ünsürlərindən arındırma) sonrakı “Donbas əhalisinin qorunması” məqsədindən əhəmiyyətli dərəcədə fərqlənir. “Ukrayna rəhbərliyini məsuliyyətə cəlb etmək” üçüncü siyasi məqsəddir. Həmçinin “ABŞNATO-nun təsirinin zəifləməsi”, “Dnestryanıya dəhliz”in kəsilməsi və s. də səsləndirilib. Putinin nöqteyi-nəzəri Rusiyanın qalib gəlməsi və qlobal gücə çevrilməsidir, lakin Rusiya lideri hərbi müdaxilənin məqsədləri və onlara necə nail olmaq barədə qeyri-müəyyən danışır.

Zaman keçdikcə Donetsk bölgəsinin ələ keçirilməsi bütün kampaniyanın əsas məqsədi kimi getdikcə daha tez-tez dilə gətirilib.

Poliqon.info 


Etiket: Müharibə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar