Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kral III Çarlz ABŞ-də “çətin vəziyyətə” düşə bilər

Trampın sərt açıqlamaları fonunda Britaniya monarxının səfəri sual altına düşüb...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Məlutda qeyd edilir ki, Böyük Britaniya kralı III Çarlzın ABŞ-yə planlaşdırılan səfəri Vaşinqtonla London arasında yaranan siyasi gərginlik fonunda müzakirə mövzusuna çevrilib.

Məlumata görə, ABŞ prezidenti Donald Trampın Böyük Britaniyanın baş naziri Kir Starmerin siyasətinə yönəlmiş sərt tənqidləri, xüsusilə Londonun İrana qarşı hərbi əməliyyata dəstək verməməsi səbəbilə vəziyyət daha da həssaslaşıb. Bu fonda Britaniya parlamentində bir sıra deputatlar kralın ABŞ səfərinin məqsədəuyğunluğunu sual altına alırlar.

İcmalar Palatasının Xarici İşlər Komitəsinin rəhbəri Emili Tornberri bildirib ki, III Çarlz səfər zamanı “çətin və narahat vəziyyətə” düşə bilər. O, səfərin təxirə salınmasının daha təhlükəsiz seçim ola biləcəyini vurğulayıb və qərarın diqqətlə qiymətləndirilməsinə çağırıb.

CNN-in məlumatına görə, Trampın gözlənilməz siyasi davranışı London üçün əlavə risklər yaradır. Britaniya hakimiyyəti kralın ABŞ-də ictimai tənqidlərə şahid olmasını istəmir, eyni zamanda səfərin ləğv edilməsinin Vaşinqtonun narazılığına səbəb ola biləcəyindən ehtiyat edir.

Analitiklər hesab edirlər ki, mövcud vəziyyət ABŞ və Böyük Britaniya arasında diplomatik münasibətlərdə incə balansın qorunmasını tələb edir. Kralın səfəri həm siyasi, həm də simvolik əhəmiyyət daşıdığından, onun taleyi yaxın günlərdə veriləcək qərarlardan asılı olacaq.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay