Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konfrans Liqası: "Qarabağ" "Gent"i məğlub edib - Yenilənib, Video

Bakıda "Qarabağ" və Belçikanın "Gent" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu start götürüb...

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda Belçikanın "Gent" klubu ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanı Məhəmməd Al-Hakimin rəhbərlik etdiyi İsveçdən olan hakimlər briqadası idarə edib. Matç Türkiyə və Suriyada baş vermiş zəlzələdə dünyasını dəyişənlərin xatirəsinə görə bir dəqiqəlik sükutla başlayıb.

Görüşün ilk dəqiqələri kəşfiyyat xarakteri daşıyıb. 8-ci dəqiqədə rəqib hesabı açmağa yaxın olsa da, istəyinə nail ola bilməyib. 24-cü dəqiqədə "Gent"in növbəti hücumu da təhlükəli alınıb. Azərbaycan çempionu ilk yarım saatda çərçivəyə düşməkdə çətinlik çəkib. 32-ci dəqiqədə Elvin Cəfərquliyevin zərbəsindən sonra top toru yandan silkələyib. İlk hissə qolsuz bərabərliklə yekunlaşıb.

İkinci yarıya "köhlən atlar" daha fəal başlayan tərəf olub. 47-ci dəqiqədə Ramil Şeydayevin fərqlənməsinə rəqib qapıçı imkan verməyib. Ardınca referi VAR-a baxdıqdan sonra qonaqların qapısına penalti təyin edib. Ramil Şeydayev 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. 10 dəqiqə sonra "Qarabağ"ın hücumu növbəti dəfə təhlükəli alınıb. Ağdam təmsilçisi sonlara yaxın "Gent"i öz cərimə meydançasında sıxmağa başlayıb. Bunun məntiqli nəticəsi kimi 78-ci dəqiqədə Leandro Andrade topu rəqib qapısından keçirib. 89-cu dəqiqə Redon Cicanın zərbəsindən sonra top dirəyə dəyib.

Beləliklə, matç Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Cavab görüşü fevralın 23-də Belçikada baş tutacaq.

***

Bakıda "Qarabağ" və Belçikanın "Gent" klubu arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda hesab açılıb.

"Report"un məlumatına görə, 78-ci dəqiqədə "köhlən atlar"ın yarımmüdafiəçi Leandro Andrade topu rəqib qapısından keçirib.

***

Bakıda "Qarabağ" və Belçikanın "Gent" klubu arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, hələlik qarşılaşmada hesab açılmayıb.

***

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayıb.

Matç Türkiyə və Suriyada baş vermiş zəlzələdə dünyasını dəyişənlərin xatirəsinə görə bir dəqiqəlik sükutla başlayıb.

Bundan əlavə, fubtolçular meydana "yanınızdayız" pankartı ilə çıxıblar.

Görüşü Məhəmməd Al-Hakimin rəhbərlik etdiyi İsveçdən olan hakimlər briqadası idarə edir.

***

Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və Belçika "Gent"inin start heyətləri açıqlanıb.

"Report"un Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qarabağ": 23. Luka Quqeşaşvili. 6. Julio Romao, 8. Marko Yankoviç, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Ehtiyar oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzia, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 87. Adama Diakabi, 99. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

"Gent": 33.Deyvi Rof, 2.Cozef Okumu, 5.Mişel Nqadye-Nqacui, 7.Xönseok Xon, 11.Uqo Kuypers, 13.Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 20. Villi Orban, 23.Cordan Torunariqa, 24.Sven Kums, 31.Bruno Qodo

Ehtiyat oyunçular: 1.Pol Nardi, 10.Yens Petter Hauge, 17.Endryü Hülsager, 19.Malik Fofana, 22.Süleyman Marre, 25.Nurio Fortuna, 29.Loran Depuatr

Baş məşqçi: Heyn Vanhazebruk

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar