Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kişinyovda sərhəd razılaşması... - 1975-ci il xəritəsi Azərbaycanın maraqlarına cavab verir?

Ermənistan və Azərbaycan 1975-ci ilin xəritələri əsasında sərhədlərin delimitasiyaya və demarkasiyasına razılaşıb...

Siyasi-şərhçi: “Rusiyanın başçılığı ilə qəbul olunan xəritələr və yaxud imzalanan müqavilələr konfliktin bitərək sülhə qovuşmasına xidmət etmir”.

“Rəsmi Bakı bunu qəbul etməməlidir. Niyə məhz 1975 ci ilin xəritələri?”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli AzərbaycanErmənistan arasında gedən prosesləri Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Kişinyovda keçirilən görüşdə ErmənistanAzərbaycan 1975-ci ilin xəritələri əsasında delimitasiyaya razılaşıb. Eyni zamanda Nikol Paşinyan Bakı və İrəvan arasında gözlənilən görüşü açıqlayıb. Bildirib ki, iyunun 2-də Moskvada regional kommunikasiyalar üzrə işçi qrupunun iclası keçiriləcək. İyunun 12-də isə ABŞ-da ErmənistanAzərbaycan XİN rəhbərlərinin görüşü keçiriləcək.

Ümumilikdə, Kişinyovda davam edən görüşləri necə dəyərləndirmək olar və delimitasiya, demarkasiya prosesinə Rusiya, yaxud Ermənistan özü mane ola bilər?

Kişinyovda keçirlən görüşləri Poliqon-un əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Biz üç tərəfli görüşlərdə 1975 -ci ildən öncəki xəritələri yada salmalı və onun üzərindən Paşinyan hakimiyyətinə təziqlər etməliyik”.

Hələ 1960-cı illərin sonlarında keçmiş SSRİ-də QazaxGədəbəyin bəzi əraziləri ilə bağlı iddiaların qaldırıldığını xatırladan ekspert əlavə edib ki, 1975-ci illin bəzi xəritələrində də bu öz əksini tapıb:

“Daha öncədə 1975-ci ilin xəritələri haqda Rusiya tərəfi bir neçə dəfə bəhs edib. Hesab edirəm ki, Rusiyanın başçılığı ilə qəbul olunan xəritələr və yaxud imzalanan müqavilələr konfliktin bitərək sülhə qovuşmasına xidmət etmir.

Rusiya bu bölgədə daim qeyri-stabilliyin qalmasının tərəfdarıdır. Bu Rusiyanın bölgədə mövcudluğunun zəmanətidir. Hələ 1960-cı illərin sonlarında keçmiş SSSR-də QazaxGədəbəyin bəzi əraziləri ilə bağlı iddialar qaldırılmışdı. 1975-ci illin bəzi xəritələrində də bu öz əksini tapıb. Bu baxımdan, həmən xəritələrlə masaya oturmaq heç də bizi qane eləmir.

Kamran Məmmədli: “RusiyaErmənistanın istədiyi xəritələr üzərindən deyil, bizim milli maraqlarımıza xidmət edən xəritələr üzərindən danışıqlar aparmalıyıq”.

Hesab edirəm ki, rəsmi Bakı bunu qəbul etməməlidir. Niyə məhz 1975 ci ilin xəritələri?Qədim Azərbaycan əraziləri olan Zəngəzur 1923-cü ildə , Dərələyəz və Göyçə mahalı isə 1936-cı ilə qədər Ermənistana verilmişdir ki, həmçinin 60-cı illərin sonunda Laçın rayonu ərazisində, Qarasu gölü və onun ətrafındakı otlaq sahələridə Ermənistana verilmişdir. SSRİ hökümətinin bizim torpaqları pay vermək prosesi 80-ci illərin əvvəllərinə qədər davam edib. Bu da Ermənistanın təxminən 1975-ci ilədək 25 min kvadrat kilometr ərazisinin genişlənməsi deməkdir. 1975-ci ilin xəritələrini də əsas götürmək həmən dövrə qədər bizdən alınan bütün torpaqlardan imtina etməmiz anlamına gəlir.

Hesab edirəm ki, biz üç tərəfli görüşlərdə 1975 -ci ildən öncəki xəritələri yada salmalı və onun üzərindən Paşinyan hakimiyyətinə təziqlər etməliyik. RusiyaErmənistanın istədiyi xəritələr üzərindən deyil, bizim milli maraqlarımıza xidmət edən xəritələr üzərindən danışıqlar aparmalıyıq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Ən çox oxunanalar