Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş olsun, Ramin Bayramlı

Hamımız tənqid etdik. İlk addımından ictimai təzyiqlə üzləşdi. Əslində şəxsiylə əlaqəli deyildi. İllərdən bəri Səhiyyə Nazirliyinin yarıtmaz fəaliyyətinin doğurduğu aqressiya çanağı onun başında çatlatdı. Üç qurum arasında gedən səlahiyyət qovğası və bu fonda gedən pandemiya Ramin Bayramlının sonunu göstərirdi. Ancaq bu gün Ramin Bayramlı getdi deyə sevinənlər bir məsələni unudurlar ki, Səhiyyə Nazirliyi doğru-düzgün işləsəydi, TƏBİBə və ya digər quruma ehtiyac olmazdı. Məhz Səhiyyə Nazirliyi xəstə ayaq yerinə sağlam ayağı kəsdiyinə görə bu qurum yaranmışdı və SN sona qədər Ramin Bayramlının uğursuz olmasına çalışdı və nail oldu.

Əgər bir qurum tənqidlərə açıqdırsa, mətbuat xidməti əlçatandırsa, bu qurumun rəhbərinin siyasətinin əsəridir. Təbibi ən çox tənqid edən bir media qurumu rəhbəri olaraq, insaf naminə deməliyəm ki, məhz Ramin Bayramlının siyasəti idi qurumun mediaya açıq olması.

Ölkədə pandemiya və digər məsələlərlə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovu neçə dəfə tapmışıq? Və ya nazirini və ya nazir əvəzini? Çünki yarıtmaz Səhiyyə Nazirliyinin rəhbəri necədirsə, mətbuat xidməti də o gündədir. Bu baxımdan Ramin Bayramlını gömsək də, haqqını verməliyik. Tənqidlərə kifayət qədər dözümlü və açıq idi.

Səhvləri yetərincə oldu, ən başlıcası Azərbaycan reallıqlarını görməzdən gəldi. Səhiyyə Nazirliyinin qurdlarını yenəcəyini sandı. Oktay Şirəliyevin gedişi ilə hər şeyin düzələcəyini, daha Səhiyyə Nazirliyinin Təbib önündə əngəl olmayacağını sandı. Daha bilmədi ki, Teymur Musayevlər, Elsevər Ağayevlər, Nigar Əliyevalar ona bu “çörək sexi”ni yar etməzlər və ilk ciddi səhvində bitirərlər və bitirdilər də…

Keçmiş olsun, Ramin Bayramlı…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Bizim olmayan “Böyük Vətən Müharibəsi”ın qurbanları və “qələbə”miz…

Taliban dosyası: ABŞ-nin qovulduğu Kabil Zəngəzur dəhlizi üçün niyə önəmlidir? - Aqil Ələsgər yazır

Ən çox oxunanalar