Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş nazirdən etiraz: “İmtahana dərslikdən kənar sualların salınması düzgün deyil”

Suallar hazırlandıqda orta məktəb proqramı əsas olmalıdır...

Martın 12-si 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirildi. Əlli mindən çox şagird öz biliyini bu imtahanda yoxladı.

Həmişə olduğu kimi, imtahan prosesi bu dəfə də söz-söhbətsiz ötüşmədi. Bəzi abituriyentlər imtahandan sonra sualların çətin olduğunu iddia etdilər.

Bu iddia nə dərəcədə əsaslıdır? DİM-in abituriyentləri çətin suallarla sınağa çəkməsi nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan sabiq təhsil naziri, professor Misir Mərdanov bildirib ki, bəzi nüanslar nəzərə alınaraq imtahana çətin suallar salınmamalıdır:

“Mən imtahanla bağlı suallara cavab verməkdə bir az çətinlik çəkirəm, çünki o işin içində deyiləm. Ancaq hesab edirəm ki, sualların hər biri orta məktəb proqramı çərçivəsində olmalıdır və proqrama daxil olan orta səviyyəli suallar hazırlanmalıdır, yüksək səviyyəli yox.

Eyni zamanda, sualları hazırlayarkən o da nəzərə alınmalıdır ki, ötən il şagirdlər pandemiya şəraitində dərsə gəlib-gediblər, onlayn təhsil alıblar. Ona görə də mən imtahan suallarında çətinləşmənin tərəfdarı deyiləm.

Mənə elə gəlir ki, suallar orta səviyyəli şagirdin cavablaya biləcəyi tipdə olmalıdır. Mən özüm də oradan-buradan eşidirəm ki, suallar çətindir, amma işin içində olmadığıma görə konkret bir fikir söyləməkdə çətinlik çəkirəm”.

M.Mərdanov qeyd edib ki, imtahana orta məktəb dərsliklərindən əlavə, Dövlət İmtahan Mərkəzinin ümumi dərs vəsaitlərindən də sualların salınması qətiyyən doğru deyil:

“Sualların orta məktəb dərsliklərindən kənar, DİM-in əlavə vəsaitlərindən tərtib edilməsi, dərslikdə olmayanların imtahana salınması qətiyyən düzgün deyil. Bu, qəti doğru yanaşma deyil. Suallar hazırlandıqda orta məktəb proqramı əsas olmalıdır, başqa sualların salınması doğru deyil”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar