Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş nazir İran rejimini rüsvay etdi

"Üç gün öncə İran tarixinin ən tanınmış, eyni zamanda ən qalmaqallı simalarından olan keçmiş nazir, briqada generalı Möhsün Rəfiqdust "Dideban-e İran" saytına geniş müsahibə verərək növbəti dəfə diqqəti özünə çəkib. İki saatdan çox çəkən müsahibədə Rəfiqdust bir sıra sensasiyalı etiraflar edib, o cümlədən İranın bəzi məşhur müxaliflərinin qətlindəki iştirakından söz açıb. Özü də bu terror aktları haqqında çox rahat şəkildə, gülümsəyərək və öyünərək danışmaqla, izləyiciləri heyrətə salıb".

Bu barədə "Azad İran" "Youtube" kanalında yayımlanan süjetdə bəhs edilir.

Bildirilir ki, xüsusən müsahibənin sonlarına doğru Rəfiqdustun dörd tanınmış şəxsin - keçmiş İran şahının bacısı oğlu, şah Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli zabiti Şəhriyar Şəfiq, şah qvardiyasının komandanı general Qulaməli Üveysi, İranın inqilabdan öncəki son baş naziri Şapur Bəxtiyar və şair, musiqiçi, aktyor, teleaparıcı və siyasi fəal Fereydun Fərruxzadın öldürülməsi barədə verdiyi açıqlamalar böyük qalmaqala və müzakirələrə səbəb olub:

"Bu da onunla bağlıdır ki, ilk dəfə olaraq keçmiş İran rəsmisi həmin şəxslərin qətlə yetirilməsində məsuliyyəti öz öhdəsinə götürür və bununla da onların ölkə rəhbərlərinin hökmü ilə aradan götürüldüyünü etiraf edir. Əlbəttə, indiyə qədər adı çəkilən məşhur simaların İran rejimi tərəfindən qətlə yetirildiyinə dair bir çox dəlil-sübutlar meydana çıxıb və onların rəsmi Tehranın göstərişi ilə öldürüldüyü çoxlarında şübhə doğurmayıb, lakin İran hakimiyyəti daim bununla bağlı ittihamları rədd edib.

İndi isə zamanında İran hakimiyyətində açar fiqurlardan biri olmuş şəxsin etirafları həmin qətllər üzərindən sirr pərdəsini tamamilə götürüb və bu da, təbii ki, ölkə hakimiyyətinin ciddi narahatlığına səbəb olub".

Ətraflı süjetdə:

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Rubio ABŞ-nin Ukrayna müharibəsində kimin yanında olduğunu açıqlayıb

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay