Bazar ertəsi, 27 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Keçmiş əməkdaş Twitter-dəki məxfilik pozuntularını ifşa edib: “Tanrı rejimi”nə çox adamın girişi var...

“Twitter”in keçmiş əməkdaşı ABŞ Konqresində ifadə verib…

O, şirkətin məxfiliyin qorunması sisteminin acınacaqlı vəziyyəti ilə bağlı əvvəlki hesabatları təsdiqləyib və bunun iş adamı İlon Maskın sosial şəbəkəni satın almasından sonra da davam etdiyini təsdiqləyib.

PİA.az xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.

Keçmiş əməkdaşın sözlərinə görə, istənilən mühəndis “tanrı rejimi” adlanan rejimi aktivləşdirə və başqa istifadəçinin adından tvit dərc edə bilər. Və bu, hətta indi də, Mask Twitter-i aldıqdan üç ay sonra mümkündür.

The Washington Post yazır ki, bənzər bir şikayət, şirkətin keçmiş əməkdaşlarından müsahibə alan qeyri-kommersiya hüquq firması olan Whistleblower Aid tərəfindən də edilib.

Twitter-in indiki və keçmiş etibar və təhlükəsizlik rəhbərləri bu məlumatı şərh etməyiblər.

Twitter-in təhlükəsizliklə bağlı narahatlıqları 2020-ci ildə bir yeniyetmənin sosial şəbəkənin daxili sistemini sındıraraq Mask, Barak Obama və başqalarının adından tvitlər yaza bildiyi zaman üzə çıxmağa başladı. Həmin vaxt şirkət bütün problemləri aradan qaldırdığını bildirmişdi.

“2020-ci ildə bir yeniyetmələrin hər hansı bir hesab adından tvit edə biləcəyi sındırmadan sonra Twitter problemlərin həll olunduğunu açıq şəkildə bildirdi. Bununla belə, “Tanrı rejimi”nin mövcudluğu Twitter-in istifadəçilərə və investorlara açıq bəyanatlarının necə yalan və yaxud aldadıcı olduğuna dair daha bir nümunədir”, deyə The Washington Post yazır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyada milyarder Fərhad Əhmədovu həbs edə bilərlər...

Azərbaycan ordusu Xankəndinin bir addımlığında - Video

Azərbaycana söz atmaq həvəsi qursağında qaldı: Ermənistan prezidenti özünü biabır etdi - Foto

Putin Mariupol səfəri haqda: Kəməri bağlamadım ki...

"Qarabağ" yoldaşlıq oyununda "Qalatasaray"a uduzdu - Yenilənib

Beynəlxalq Arbitraj Məhkəməsi Türkiyənin əleyhinə qərar verib

Tanınmış aktyor təcili tibbi yardımda vəfat etdi - Foto

İlham Əliyev və Mehriban Əliyeva “Qarabağ” - “Qalatasaray” oyununa stadionda baxıblar - Yenilənib

Ən çox oxunanalar