Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kallas: Əgər silah vəd edirsinizsə, amma ödənişi başqasından gözləyirsinizsə, əslində heç nə vermirsiniz…

Avropa İttifaqının ali nümayəndəsi Trampın Ukraynaya silah təklifi fonunda ABŞ-ni məsuliyyəti bölüşməyə çağırıb…

ABŞ Prezidenti Donald Trampın Ukraynaya böyük həcmdə Amerika silahları göndəriləcəyi ilə bağlı bəyanatına münasibət bildirən Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Vaşinqton bu məsələdə Avropa ilə məsuliyyəti paylaşmalıdır.

Poliqon xəbər verir ki, bu barədə Kallas 15 iyulda Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından sonra çıxışında deyib.

Kallas Trampın bəyanatını ümumən müsbət qarşılayaraq, “Biz prezident Trampın Ukraynaya silah göndərilməsi ilə bağlı verdiyi bəyanatı alqışlayırıq, amma istərdik ki, Birləşmiş Ştatlar bu yükü bizimlə bölüşsün”, deyə vurğulayıb. Bununla belə, Kallas Trampın mövqeyinə tənqidi yanaşaraq əlavə edib: “Əgər siz silah verəcəyinizi vəd edirsinizsə, amma onun pulunu başqası ödəməlidir, deyirsinizsə, əslində siz Ukraynaya silah təmin etmirsiniz”.

Qeyd edək ki, AFP Agentliyinin məlumatına görə, Fransa və İtaliya artıq Ukraynaya göndəriləcək Amerika silahlarının maliyyələşdirilməsində iştirak etməyəcəklərini bildiriblər. Bu isə Aİ daxilində mövzu ətrafında fikir ayrılıqlarının mövcud olduğunu göstərir.

Hazırda Avropa İttifaqı Ukraynaya dəstək siyasətində həmrəylik nümayiş etdirməyə çalışsa da, silah təchizatı və maliyyə məsələləri üzrə müxtəlif yanaşmalar, ABŞ-la münasibətlərin koordinasiyası baxımından problemlər yarada bilər.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay