Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsveçrəli hərbi analitik: Müharibə oktyabrda bitəcək...

Ekspert Baxmut və Uqledar yaxınlığındakı böyük itkilərin Rusiyanın məğlubiyyətini yaxınlaşdırdığını vurğulayıb...

Sürixdəki İsveçrə Ali Texniki Məktəbinin hərbi akademiyasının əməkdaşı, hərbi ekspert Markus Koipp hesab edir ki, Rusiyanın silah ehtiyatları məhdud olduğuna görə müharibə oktyabra qədər başa çata bilər.

Poliqon.info xəbər verir ki, hərbi analitik bu barədə T-Online nəşrinə verdiyi müsahibəsində bildirib.

“Müharibə yəqin ki, oktyabrda bitəcək. Müharibədən əvvəl Rusiyada olan tankların və digər hərbi texnikanın ehtiyatlarını itkilərlə əlaqələndirərək sadə hesablamalar əsasında belə qənaətə gəlirəm. Məndə də belə təəssürat yaranıb ki, Rusiyanın hərbi ehtiyatları həddən artıq qiymətləndirilir. Çünki bu silah və texnikaların çoxu 1950-1960-cı illərə aiddir, kağız üzərində say baxımından samballı görünür, lakin praktiki dəyəri yoxdur”, deyə Koipp bildirib.

Ekspert hesab edir ki, Ukrayna rəhbərliyi Baxmutu müdafiə etməyə davam etməklə düzgün iş görür. Onun fikrincə, şəhər uğrunda döyüşlər çoxlu sayda rus qoşununu həmin istiqamətə bağlayır və bu döyüşlər səbəbindən Ukrayna gələcək hücum üçün lazım olan ehtiyatlarını qorumağa nail olur. Bundan əlavə, Koipp hesab edir ki, Kiyev Baxmutun əhəmiyyətini nə qədər çox vurğulayırsa, Rusiya tərəfi onu daha çox israrla fəth etmək istəyir. Analitik hesab edir ki, Rusiya hiylə qurmağa çalışır.

“Hazırda Rusiyanın itkiləri Ukraynanın itkilərindən təxminən altı dəfə çoxdur. Əgər bu nisbət Rusiyanın xeyrinə dəyişərsə, o zaman Ukrayna qoşunları geri çəkiləcək”, deyə Koipp bildirib.

Ekspert Baxmut və Uqledar yaxınlığındakı böyük itkilərin Rusiyanın məğlubiyyətini yaxınlaşdırdığını vurğulayıb.

Analitikin fikrincə, Rusiyanınmüharibənin getdiyi hər hansı bir sektorda cəbhəni yarmaq imkanı yoxdur.

“Mən bunun ehtimalını düşünmürəm. Rusiya Qərbi öz gücünə və qüdrətinə inandırmaqla dünyanın uğurla aldadan böyük Potemkin kəndidir”, deyə Koipp vurğulayıb.

Qeyd edək ki, Koippin bu təhlili müharibənin illərlə davam edə biləcəyinə inanan bir çox hərbi analitiklərin mövqeyi ilə ziddiyyət təşkil edir. Eyni zamanda, bu ilin əvvəlindən Qərb ölkələri Ukrayna rəhbərliyini diqqətini Donetsk vilayətindəki Baxmut uğrunda gedən döyüşlərdən yeni hücum əməliyyatının hazırlanmasına yönəltməyə çağırır. Washington Post bu həftə yazıb ki, Ukrayna Silahlı Qüvvələri, o cümlədən Baxmut yaxınlığındakı itkilərə görə genişmiqyaslı hücum üçün kifayət qədər gücə malik olmaya bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar