Cümə axşamı, 30 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İstanbuldan gələn rusiyalı qadın mədəsində yarım kiloqram kokain daşıyıb

Polis onu xəstəxanaya aparmalı və iki gün tualetə getməsini izləməli olub...

Moskvanın Vnukovo hava limanında mədəsində yarım kiloqrama yaxın kokain olan qadın saxlanılıb.

Polis onu xəstəxanaya aparmalı və iki gün tualetə getməsini izləməli olub.

23 yaşlı Yevgeniya İstanbuldan Vnukovoya uçub və nədənsə gömrükçülərin şübhəsi altına düşüb. Rentgen şüaları göstərib ki, Yevgeniyanın mədəsində bir topa naməlum əşyalar var.

Sərnişin saxlanılaraq xəstəxanaya aparılıb. Sonrakı iki gündə Yevgeniyanın tualetə getməsi polis tərəfindən diqqətlə nəzarətə götürülüb. Tezliklə bu nəzarət öz nəticəsini verib.

Qadının mədəsindən 90 ədəd qara bağlama çıxıb. Onlar ekspertiza üçün göndərilib və Yevgeniyanın daxilində 446 qram kokain gəzdirdiyi məlum olub.

İndi narkotik qaçaqmalçılığı işi üzrə onu iyirmi ilə qədər həbs gözləyir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Heydərovun strateji məğlubiyyəti – Bu obyektlər nazirlikdən alındı - Siyahı

2023-cü ildə bəxtləri ən çox gətirəcək 5 bürc

Yeni nəzarətə götürdüyümüz ərazilər – Xəritə

Yüz il qoşa atılan zərlər niyə qoşa düşmür? - “Dünya sənin, dünya mənim”in hekayəsi

Ordumuz 1 kilometr irəlilədi, ruslar çıxarmağa çalışır

Əcaib qaydalar - Azərbaycana sərmayə gətirən əcnəbilər necə mane olunur?..

"Siz Nailə İslamzadə, Leyla Quliyeva deyilsiniz" - Nazilədən Rövşanəyə

İşsizlikdən şikayətlənən "Moşu"ya vəzifə verildi

Prezidentin yüksək vəzifə verdiyi Mikayılov kimdir? – Dosye

Ən çox oxunanalar