Çərşənbə, 22 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsraildəki Azərbaycan diasporu beynəlxalq təşkilatlara müraciət edib

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror hücumu ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib...

Bu barədə PİA.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bəyanatda yanvarın 27-də baş vermiş hadisə İran xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktı kimi qiymətləndirilib, bu olayın məntiqə və insanlığa sığmadığı vurğulanıb.

Terror aktı nəticəsində həlak olan səfirlik əməkdaşına görə Azərbaycan xalqıa başsağlığı verən “Azİz” assosiasiyası dünya ictimaiyyətini və beynəlxalq təşkilatları regionda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa, insanlıq əleyhinə cinayətlərin törədilməsinə qarşı mübarizə aparmağa, hüquqi-siyasi müstəvidə təcili tədbirlər görməyə çağırıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

pia.az


Etiket: İsrail


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlil arabasına möhtac qalan Tağı Əhmədovla bağlı yeni iddia

Paşinyanın partiyası Azərbaycan əleyhinə bəyanata səs vermədi 

Qoz, sirkəli salat, siqaret: İçki içmək ədəbinin incəlikləri professorun dilindən

“Bu ölkələr Ukrayna məsələsində vasitəçi ola bilməz”

“Real Madrid” futbolçusuna 1 milyard avro qiymət qoydu

Avstriya - Azərbaycan oyununu yayımlayacaq kanal məlum oldu

Vətən müharibəsi şəhidinin ailəsinə Bakıda ev verildi - Foto

Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş siyahı + Foto

Ən çox oxunanalar