Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsraildə tətillərə son verilib...

Netanyahunun qərarından sonra həmkarlar ittifaqları İsraildə tətili dayandırıb...

İsrailin Ümumi Əmək Federasiyasının sədri ümumi tətilin başa çatdığını elan edib.

Poliqon xəbər verir ki, bu barədə İsrailin dövlət radiostansiyası “Kan” bildirib. İsrailin “Histadrut” Ümumi Əmək Federasiyasının sədri Arnon Bar-David martın 27-də başlayan ümumi tətilin başa çatdığını elan edib. Qərar baş nazir Benyamin Netanyahu hökumətin məhkəmə islahatlarının təsdiqini dayandıracağını elan etdikdən sonra qəbul edilib.

Öz növbəsində, "Yedioth Ahronoth" qəzetinin məlumatına görə, “Histadrut”un qərarından sonra aeroport işçiləri komitəsi dərhal tətili dayandırdığını elan edib. Ben Qurion hava limanında vəziyyət normallaşır, hava limanı normal rejimdə işləyir. Səhiyyə sistemində də tətil ləğv edilib.

Qeyd edək ki, martın 27-də axşam saatlarında Benyamin Netanyahu milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ilə razılaşma əldə edərək məhkəmə islahatları haqqında qanunun qəbulunu təxirə salıb. Qanunun qəbulu İsrail parlamentinin növbəti iclasında təxirə salınacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar