Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsraildə “iflic həftəsi” elan edildi: Netanyahu gedəcəkmi?..

İsraildə etirazçılar hökumət nümayəndələrinin və deputatların olacağı yerlərdə toplaşaraq, siyasətçilərin işindən narazılıqlarını ifadə etməyi planlaşdırırlar...

Poliqon xəbər verir ki, bununla bağlı The Jerusalem Post yazıb. Qəzetin yazdığına görə, İsraildə anti-məhkəmə islahatları hərəkatının liderləri ölkə boyu genişmiqyaslı etirazlar elan ediblər və bu etiraz aksiyasını “bir həftə iflic” aksiyası adlandırıblar. Aksiya iştirakçıları martın 26-dan hökumət nümayəndələrinin və deputatların olacağı yerlərdə toplaşaraq, siyasətçilərin işindən narazılıqlarını ifadə etməyi planlaşdırırlar.

“İiflic” aksiyası kimləri təhdid edir...

The Jerusalem Post qəzetinin məlumatına görə, İsrail vətəndaşları evlərinin qarşısında nümayişlər təşkil etməklə nazirlərin işini iflic etməyi planlayırlar. Bir neçə gün əvvəl etirazçılar kənd təsərrüfatı naziri Avi Dixterdən narazılıqlarını bildiriblər. Nazir Airport City binasındakı tədbirdən çıxarkən başına İsrail bayrağı ilə vurulub.

Etirazçılar niyə narazıdırlar?

Məhkəmə islahatlarından narazı olanlar 11 həftədir ki, ölkədə aksiyalar keçirir. Yəhudi dövlətinin vətəndaşlarının fikrincə, Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdıracaq və hakimlərin təyinatına nəzarəti hökumətə verəcək mövcud qanunvericiliyə dəyişikliklər paketi antidemokratik qanundur və bu qanun azadlıqları mədudlaşdıracaq.

The Jerusalem Post xəbər verir ki, cümə günü on minlərlə insanın iştirak etdiyi keçirilən etiraz aksiyalarından sonra genişmiqyaslı aksiyalar elan edilib. Nəşrin məlumatına görə, sakinlər kabinet üzvlərinin və deputatların gəldiyi bütün yerlərdə “diktaturanın keçməyəcəyini bildirərək” etiraz aksiyaları keçirəcəklər.

“İiflic” aksiyası ideyası necə meydana çıxdı?..

“New Day” portalı xəbər verir ki, ölkənin iqtisadi cəhətdən ən sabit 17 şəhərini özündə birləşdirən İsrailin “15 şəhər forumu” təşkilatı martın 23-də hökumətin milli iqtisadiyyatın tənzimlənməsi ilə bağlı qanun layihəsinə etirazları gücləndirdiyini açıqlayıb. Təl-Əviv, Aşdod, Beer Şeva, Givatayim, Herzliya, Hadera, Holon, Hayfa, Kfar Saba, Netanya, Petah Tikva, Rishon LeZion, Rehovot, Ramat Gan, Raanan, Aşkelon və Ramat Hasharon bələdiyyələrinin layihə və tikinti komissiyaları işləməyib və Daşınmaz Əmlakın Qeydiyyatı İdarəsinə sənədlər verilməyib.

“Əslində bu, bütün tikinti layihələrinin gedişatının tam iflic olması və daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatların rəsmiləşdirilməsinin mümkünsüzlüyü deməkdir. İndi isə elan edilib ki, bazar günü, martın 26-dan biznesin lisenziyalaşdırılması şöbələri bələdiyyə tətilinə qoşulacaqlar”, deyə nəşr yazır.

Bu hadisələrlə paralel olaraq martın 23-də Qüdsdə məhkəmə islahatlarına etiraz edən nümayişçilər ilə polis arasında yenidən toqquşma baş verib. Narazılara qarşı təhlükəsizlik qüvvələrinin su şırnaqından istifadə etdiyi bildirilib. Gün ərzində ölkə boyu etiraz aksiyaları zamanı 100-dən çox adam saxlanılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar